Bu il minimum əməkhaqqı artırılacaq?
"Minimum əməkhaqqı ilə bağlı yeni yanaşma artıq təsdiqini tapıb və bu qərarın arxasında konkret səbəblər dayanır. Son illər beynəlxalq təşkilatların və komissiyaların qiymətləndirmələrində ölkələrin əmək bazarının çevikliyi, sosial müdafiə mexanizmlərinin adekvatlığı və gəlir siyasətinin institusional əsasları xüsusi indikator kimi ölçülür".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycan üzrə reytinq göstəriciləri məhz bu istiqamətdə siyasətin daha çevik və dövri qiymətləndirmə modelinə keçməsini zəruri edirdi:
"Qanunvericiliyə edilən dəyişiklik minimum əməkhaqqının hər il avtomatik artırılması deyil, ildə azı bir dəfə yenidən qiymətləndirilməsi mexanizmini təsbit edir. Bu isə o deməkdir ki, qərarlar iqtisadi dinamika, inflyasiya, əmək bazarındakı dəyişikliklər və fiskal imkanlar nəzərə alınmaqla qəbul olunacaq. Bu mexanizm qiymətləndirmə prosesidir. Yəni, minimum əməkhaqqı artada bilər, artmaya da bilər, lakin mütləq şəkildə yenidən baxılacaq, təhlil olunacaq və qiymətləndiriləcək. Konkret təkliflər təqdim ediləcək, göstəricilər əsasında qərar qəbul olunacaq və yekun məbləğ müəyyən ediləcək. Amma hazırkı şəraitdə böyük ehtimalla ildə ən azı bir dəfə artımın mümkün və real ssenari olduğunu demək olar".
Digər Xəbərlər
25 Fevral 2026 17:46
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı göndərilir
25 Fevral 2026 15:27
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
25 Fevral 2026 14:06
Sabah bütün sosial müavinətlər ödəniləcək
24 Fevral 2026 17:15
"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" dəyişdi
24 Fevral 2026 16:52
Geyim istehsalı 4%-ə yaxın artdı
24 Fevral 2026 16:35
"TRIPP layihəsi regionumuz üçün yeni iqtisadi imkanlar yaradacaq" - Fuad Oktay
24 Fevral 2026 16:27
Şərqi Zəngəzurda iaşə dövriyyəsi 76%-dən çox azaldı
24 Fevral 2026 11:55


Bakı -°C

