Hindli rahibin hər yeri bükülür — FOTOLAR
Hindistanda yaşayan 53 yaşlı rahib Bharat Tivarinin bütün bədəni bükülür.
Boyu 60 sm olan rahib onu görənləri heyrətləndirir. 5 yaşında divardan yıxıldıqdan sonra bu hala gəldiyini və uşaqlıqdan bu yana belə yaşadığını qeyd edən Bharat deyib:
"Xəstəliyim yoxdur. Bu, mənə Tanrının ərmağanıdır”.
Bharatı müalicə edən həkim artıq gec olduğunu bildirib. Rahib Tivari isə deyib:
"Beş yaşım olanda divardan yıxıldım və bədənim kiçilməyə başladı. Valideynlərim məni həkimə aparsalar da, heç bir müalicə kömək etmədi”.
Rahib qeyd edib ki, belə vəziyyət onun normal yaşamağına mane olmur:
"Mən Tanrıya inanıram və hər şeyin ondan gəldiyini bilirəm. Bu səbəbdən vəziyyətim məni qəmgin etmir və depressiyaya salmır. Xəstəliyim yoxdur”.