02 Iyun 2025 08:47
267
DÜNYA

Hindistanda COVID-19 xəstələrinin sayı 10 günə 10 dəfədən çox artdı

Hindistanda ümumi sayı 3395-ə çatan COVID-19-un aktiv hallarında kəskin artım qeydə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Nazirliyin məlumatına görə, ən çox yoluxma halı Kerala (1336) və Maharaştra ştatlarında (467), eləcə də paytaxt Dehli regionunda qeydə alınıb - 375.

    Son 24 saat ərzində isə COVID-19-dan Kerala, Karnataka, Uttar Pradeş və Dehli bölgələrində olmaqla dörd ölüm hadisəsi qeydə alınıb.

    Məlumatda bildirilir ki, ötən həftə ölkədə COVID-19-a yoluxanların sayı 257 nəfər olub. Beləliklə, 10 gündə bu rəqəm 10 dəfədən çox artıb.

    Nazirlik onu da bildirib ki, yeni yoluxma hallarının əksəriyyəti yüngül formadadır./apa