03 Iyun 2025 12:10
262
DÜNYA

The New York Times: "Rusiya hücumlarını davam etdirəcək"

Amerikanın The New York Times qəzeti yazır ki, Ukraynanın Rusiya aviabazalarına dron hücumları, onların Ukrayna ərazilərində irəliləməsinə təsir etməyəcək.

 Dərc olunan məqalədə bildirilir ki, bir hücum Rusiyanın hücum əməliyyatlarına mane ola bilməz. ABŞ-ın rəsmi nümayəndələri qəzetin əməkdaşları ilə söhbətdə, Moskvanın dron hücumlarına cavabın gözləyirlər.

 Ukraynanın RF-sı aviabazalarına dron hücumlarına münasibət bildirən Ağ Ev rəsmiləri, qeyd ediblər ki, ABŞ prezidenti Donald Tramp hesab edir ki, bu müharibəyə son qoyulmalıdır.

 Rüstəm Hacıyev