adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Mart 2017 22:04
5871
DÜNYA

Hindistan səsdən sürətli raketlərini sınaqdan keçirdi

Hindistan BrahMos raketini sınaqdan keçirib.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BrahMos” şirkətinin direktoru Sudxir Mişra söyləyib.

Qeyd edək ki, BrahMos Rusiya və Hindistanın birgə hazırladığı raketdir. Raket 400 kilometrdən uzaqda olan hədəfləri yox etmək qabiliyyətindədir.

Rəsmi Dehli 2016-cı ilin mayında "yer-yer” sinifinə aid olan BrahMos raketlərinin başqa versiyasını sınaqdan keçirib. Sınaqdan keçirilən qanadlı raket 290 kilometrə qədər hədəfləri vurmaq qabiliyyətində olub.

BrahMos səsdən sürətli raket hesab olunur.