adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 16:26
98
GÜNDƏM
A- A+

5 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakının Suraxanı rayonunun Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub.

Bu barədə Adalet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

106, 141, 168 və 169 nömrəli marşrutlar Heydər Əliyev prospekti, 214A nömrəli marşrut isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.