adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Oktyabr 2014 14:13
3088
HADİSƏ

Himalay dağında həlak olan alpinistin meyiti tapıldı

Himalaydağlarında faciəli şəkildə ölən azərbaycanlı alpinist Murad Aşurlunun meyititapılıb. Bu barədə Apa-ya Azərbaycan Alpinizm Federasiyasınınvitse-prezidenti Saridan Mursaqulov məlumat verib. Onun sözlərinə görə, bu xəbəri Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu telefon əlaqəsi zamanı bildirib. 

S. Mursaqulov həmçininqeyd edib ki, M. Aşurlunun harada dəfn ediləcəyi hələlik müəyyənləşməyib: "Mərhumuzun illər idi, ailəsi ilə birgə ABŞ-da yaşayırdı. Hazırda da ailə üzvləriABŞ-dadı. Onun harada dəfn ediləcəyi hələlik müəyyənləşməyib”.

Qeyd edək ki, 42 yaşlıMurad Aşurlu Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablamyüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olub. O, AlpinizmFederasiyasının prezidenti İsrafil Aşurlunun əmisi oğludur.

İsrafil Aşurlu da hadisəilə əlaqədar Nepala gedib.