28 May 2025 13:15
218
GÜNDƏM

Hikmət Hacıyev Laçından görüntülər paylaşıb - VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" hesabında Laçından paylaşım edib.

Adalet.az xəbər verir ki, paylaşımda deyilir:

"Laçın – gözəlliyi ilə heyran edən, vaxtilə 30 illik işğal və vandalizmdən yaralanmış, indi isə Prezident İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilmiş şəhər – bu gün - Azərbaycanın Müstəqillik Günündə - qürurla üç qardaş ölkənin: Azərbaycan, Pakistan və Türkiyənin Zirvə toplantısına ev sahibliyi edir!"