29 May 2025 11:11
389
GÜNDƏM

Pəncərə şüşəsini daşla vurub sındırır, sonra ordumuzu günahlandırırlar: Erməni məntiqi

 

Bilirsiniz ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib və bütün dünyanın diqqəti oradadır.


Belə mühüm bir məqamda Ermənistan dünyanın diqqətini özünün "məzlum" görünüşünə yönəltmək məqsədi güdür.

Adalet.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi növbəti yalanı uydurmaqdan çəkinməyib. Beləki, media kiçik daş vasitəsilə çatlamış bir pəncərə fotosu paylaşaraq onun Azərbaycan ordusunun açdığı atəş nəticəsində o günə düşdüyünü iddia edirlər. Media həyasızcasına bildirir ki, atəş nəticəsində Xoznəvarda yaşayış evi yararsız hala düşüb:"Mayın 29-da saat 01:00-dan 01:15-dək Zəngəzurun Xoznavar qəsəbəsi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub, nəticədə yaşayış evinə ziyan dəyib", - məlumatda deyilir.

Xəsarət alanların olmadığı qeyd edilir.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfini Xoznəvar yaşayış binasının atəşə tutulması faktını araşdırmağa və ictimaiyyətə izahat verməyə çağırır.
Ermənilərin bu uydurması o qədər əsassızdır, sanki, dünya ictimaiyyəti çörəyi qulağına yeyir... Azərbaycanın 2 mühüm qonağı Qarabağda ikən , Azərbaycan niyə atəş açsın? Dünyanın diqqətində sülhpərvər imicimizə nədən zərbə vuraq ki?

Məntiqsizliyin bu həddi də ermənilərə məxsusdur. Əgər atəş açılıbsa, niyə ancaq pəncərə şüşəsi çatlayıb? Atəş açmaq  labüd idisə bunu daha geniş şəkildə həyata keçirmək  olardı.  Yoxsa, bir pəncərənin şüşəsi zədələnəcək qədər zəif bir atış  nə Azərbaycan ordusuna yaraşar, nə də ermənilər haqq edər. 

 Əntiqə Rəşid