adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2025 09:17
64
SİYASƏT
A- A+

Hikmət Hacıyev Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 27-də Brüsseldə Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşıb.

Prezidentin köməkçisi komitə üzvləri ilə Azərbaycan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı məzmunlu müzakirələr aparıldığını qeyd edib.

"Komitənin sədri səfir Delfin Pronka minnətdaram. Komitənin üzvlərini Azərbaycanın regionda irəlilətdiyi sülh gündəliyi, eləcə də sülhün iqtisadi üstünlükləri, Zəngəzur dəhlizinin inkişafı və etimadın möhkəmləndirilməsi tədbirləri barədə məlumatlandırdım.

Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızın və tərəfdaşlığımızın möhkəmləndirilməsi üzrə gələcək addımları tam dəstəklədiklərini bildirdiklərinə görə təşəkkür edirəm", - deyə o vurğulayıb.