adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2025 10:25
59
İDMAN
A- A+

"Kəpəz" "Zirə"yə, "Turan Tovuz" "Neftçi"yə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasında XIII tura start veriləcək.

Adalet.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Turun açılış matçı Yevlax şəhər stadionunda “Kəpəz” və “Zirə” komandaları arasında olacaq. Görüş saat 14:00-da başlayacaq.

Hazırda Bakı klubu 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 6 xalı olan Gəncə təmsilçisi 10-cudur.

Günün son oyununda “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq. Bu həftə baş məşqçi Samir Abasovla yollarını ayıran “ağ-qaralar”ı meydana Sənan Qurbanov çıxaracaq.

Tovuz təmsilçisi 23 xalla 2-ci, Bakı klubu 15 xalla 8-ci sırada yer alıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 29-30-da keçiriləcək.