Amerikada bu insanlar niyə bomj həyatı yaşayırlar?
Dünyanın ən zəngin ölkələrindən olan ABŞ-da bomjların sayı getdikcə artır. Qeyri-rəsmi statistikaya görə ölkədə 5 milyona yaxın evsiz-eşksiz, küçələrdə yaşayan sakin var.
Evsizlərin sayı rekord həddə olduğundan, mətbuat Los-Anceles, Nyu-York, Çikaqo və San-Fransisko kimi şəhərləri “evsizlik epidemiyası yayılan bölgələr” adlandırır.
Küçələrdə gecələyən evsizlərin təxminən 30%-i uşaqlar və yeniyetmələr, qalan 70%-i isə qadınlar, kişilər və əlilliyi olan şəxslərdir.
Evsiz şəxslərin daha çox sürətlə artan kateqoriyası uşaqlı analardır. Bu qadınlar əsasən, alkoqolik ərlərinin zorakılığından canlarını qurtarıb evdən qaçanlardı. Doğrudur, ABŞ hökuməti onları sığınacaqlarla təmin edir, lakin sığınacaqlarda da vəziyyət elə ürəkaçan deyil. Sosial evlərdəki ciddi rejim azad həyat arzulayan insanlar üçün çox darıxıdırıcıdır. Beləliklə, təkbaşına ev kirayələyib övladına baxa bilməyən ana, pulsuzluqdan hansısa bələdiyyənin həyətində çadır quraraq yaşamağa üstünlük verir.
Rəsmi hesabatlarda məmurlar evsizliyin artmasının üç səbəbini göstərirlər: ucuz mənzillərin olmaması, yoxsulluq və işsizlik. Əslində isə bu səbəblər müxtəlifdir.
Məsələn, 50-ci illərdən başlayaraq, ABŞ hakimiyyəti ruhi-əsəb dispanserlərini maliyyələşdirməyi dayandırıb. Nəticədə, psixi xəstələrin əksəriyyəti küçələrə tökülüşdülər. Beləliklə də, şəxsi evi olmayan, qohumlarının imtina etdiyi ruhi xəstələrdən ibarət bomj koloniyaları yaranıb.
Küçə sakinlərinin arasında veteranlar da az deyil. ABŞ Veteranlarla İş Departamenti əhalinin bu həssas təbəqəsini sosial mənzil və tibbi xidmətlərlə lazımi səviyyədə təmin edə bilmir.
Bomj həyatı yaşayanlar arasında yetim, eləcə də valideynlərinin imtina etdiyi azyaşlılar da var. Narkomanlar, alkoqoliklər, həbsdən çıxan keçmiş cinayətkarlar da küçələrdə yaşayanlar sırasındadır. Bu cür şəxslərin mədəni kollektivdə çalışmaq, yaxşı maaşlı işə düzəlmək və ya mənzil kirayələmək şansı, demək olar ki, yoxdu.
Ancaq ABŞ hakimiyyəti müxtəlif layihələrlə bu problemləri aradan qaldırmağa çalışır. Çünki dövlət hər evsiz, işsiz vətəndaşının yaşaması üçün ona aylıq sosial müavinətlər ödəməli olur.
Nümunə üçün deyək ki, Florida ştatının verdiyi hesabata görə hər bir evsiz şəxsə ildə təxminən 31.000 dollar xərclənib. Bu məbləğə küçədə yaşayan şəxsi sığınacağa gətirən polisə ödəniş, şəxsin sığınacaqda saxlanması, xəstəxanaya yerləşdirilməsi və digər xərclər daxildir. Beş milyon evsiz şəxsin hər birinin saxlanması üçün adambaşına 31 min dolların ödənilməsi dövlət üçün həqiqətən böyük məsrəfdir.
Ölkədə kimsəsizlərin müalicə alacağı və yaşayacağı komplekslərin tikilməsi barədə qanun layihəsi hazırlansa da nədənsə, qanunun qəbulu yubadılır.
ABŞ hakimiyyəti fikirləşməkdə olsun, sizə xəbər verək ölkədə fəaliyyət göstərən özəl təşkilatlardan, QHT və fondlardan.
Hökumətdən fərqli olaraq, ölkədəki QHT-lər bu sahədə xeyli təqdirəlayiq işlər görürlər. Yerli kapitalstlərin maliyyə yardımları hesabına formalaşan xeyriyyə fondları, cəmiyyətlər evsiz şəxslərə, həssas təbəqədən olan insanlara yardımlarını əsirgəmirlər. Bu məsələdə kilsələr xüsusi fəallıq göstərir.
Ayrı-ayrı imkanlı şəxslər və özəl qurumlar tərəfindən yaradılan sığınacaqlarda pulsuz gecələmək, duş almaq və yeməklə təmin olunmaq mümkündür. Kilsələr mütəmadi olaraq, bu imkansızlara pulsuz nahar yeməyi verir.
Murad Köhnəqala
Digər Xəbərlər
01 Mart 2026 13:52
Dünən peraşki yeyirdi, bu gün qarğıdalı - VİDEO
27 Fevral 2026 12:02
24 yaşında beşəm dünyaya gətirdi
25 Fevral 2026 19:34
42 milyonluq səhifə bayrağımızı PAYLAŞDI - VİDEO
25 Fevral 2026 14:16
GƏNCƏ XİRNİYİ LAZIMSIZ MEYVƏYƏ ÇEVRİLİB…
25 Fevral 2026 10:43
Pul insanı korlamır...
24 Fevral 2026 09:08
Burda ildə 258 gün yağış yağır - Ən çox yağıntı düşən yerlər
23 Fevral 2026 13:14
Uzun iş saatları məhsuldarlığa mənfi təsir göstərir
23 Fevral 2026 12:19


Bakı -°C

