Hidayət Heydərov: 2028 Olimpiadasında da birinci olmaq istəyirəm
Olimpiadanın qızıl mükafatçısı cüdoçu Hidayət Heydərov 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasının da birincisi olmaq niyyətində olduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
“Qarşıda, əlbəttə ki, 2028 – Los-Anceles Olimpiadasıdır, lakin o vaxtadək çoxlu yarışlar var – Avropa çempionatı, dünya çempionatı. Qısa fasilədən sonra yenidən arenaya qayıdacağam”, – cüdoçu söyləyib.
O, “ikinci dəfə olimpiya çempionu olmaq istədiyini, bunun üçün əlindən gələni edəcəyini” vurğulayıb.
“İkinci dəfə olimpiya çempionu olacağam”, – deyə idmançı əminliyini ifadə edib. O, olimpiya çempionu olmaq arzusunda olanlara üz tutaraq söyləyib: “Olimpiya çempionu olmaq istəyənlər, ümumiyyətlə, idman yox, hər bir işdə bir şeyi ürəkdən istəmək lazımdır. İstədikləri axır-əvvəl olacaq”.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar.
Digər Xəbərlər
12 Dekabr 2025 23:28
“Bəzən göndərməyə pulum olmayıb, nəvaziş görməyib” - Nərimanın atası
12 Dekabr 2025 19:41
“Real Madrid”in 9 futbolçusu La Liqada növbəti oyunu buraxacaq
12 Dekabr 2025 14:43
Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi
12 Dekabr 2025 14:28
"Real"dan Vinisiusa xəbərdarlıq
11 Dekabr 2025 12:52
ATIB ABIR-HƏYANI, MƏN YAXINA GƏLƏRƏK QUCDUM AĞCAQAYINI ÖZGƏNİN ARVADI TƏK
11 Dekabr 2025 10:40
Avropa Liqası: “Fənərbağça” “Brann”la qarşılaşacaq
10 Dekabr 2025 23:42
"Qarabağ" doğma meydanda "Ayaks"a uduzdu
10 Dekabr 2025 16:35


Bakı -°C

