adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2017 14:25
33253
MƏMLƏKƏT

Heyvan bazarında insan sevgisi - REPORTAJ

Sədaqət dediyimizdə ağıla ilk gələn onlardır – itlər.İnsanların sadiq dostu olan itlər. O qədər sadiqdirlər ki, müdafiə və güvənməkkimi sahələrdə də onlardan yararlanırlar.

Qısaaraşdırma:

Sən demə qədim insanlar bir-birindənminlərlə kilometr aralıda, Avropada və Asiyada iki fərqli canavarpopulyasiyasını əhilləşdirməklə itlərlə bir yox, iki dəfədostlaşıblarmış.Alimlər müasir genetikanın verdiyi imkanlardan istifadə edərəkitlərin təkamül tarixini araşdırıblar. Onlar aşkar ediblər ki, mənşəcə Avrasiyamaterikinin şərq və qərb hissələrindən olan itlər arasında dərin fərqlərvar.İnsanlarla itlər azı 15.000 ildir ki, birlikdə yaşayırlar. İnəklər, keçilərvə donuzlar onlardan 5000 il sonra əhilləşdirilib. Ancaq insanla itin ilk dəfənecə və harada dostlaşdığı sirr olaraq qalır. Alimlərinəksəriyyəti itlərin bir dəfə əhilləşdirildiyinə inanırdı.Onlardan bəziləri bunun ilk dəfə Avropada, bəziləri isə mərkəzi Asiya, yaxud daÇində baş verdiyini iddia edirdilər.

Bu dəfə yolumu paytaxtda daha çox "it bazarı” adı iləməşhurlaşan "Təzə bazar”a tərəf saldım. Səhər saat 9olmasına baxmayaraq, bazarda "iynə atsan, yerə düşməz” səviyyəsində canlanmavardı. Havanın küləkli olması heyvanlara da təsirsiz ötüşməmişdi. Bazarınheyvanlar satılan hissəsində müxtəlif cinsdən və yaşdan olan itlərə rast gəlməkolar. Bazarda cins itlərlə yanaşı, ev quşları, xüsusən tutuquşular, balıqlar,dovşan, siçan, göyərçin satılır. Dükansahibləri buranın daimi işçiləri olsalar da, heyvanlarını satmaq üçün həftəsonu bazara üz tutan paytaxt sakinləri, heyvan alverçiləri də var. Satıcılaralverin olmadığından gileylənirlər. Məşədi İbad demişkən, bir növ adətkardaolublar – alverin səviyyəsinə baxmayaraq, göz qaytarmaq məqsədi ilə edilən giley-güzar...Heyvanlarsa öz işlərindədir: səsləri bazarı başına götürüb.


İt var isti damda, it var açıq havada -küləyin altında

Bazara üz tutan alıcılarınəksəriyyəti it həvəskarlarıdır. Daimi satıcılar itləri rahatlığı ilə seçilən xüsusidamlarda saxlayır, müvəqqəti alverçilər girişdə - yelçəkən yerdə itlərizəncirlərindən tutub, küçüklərisə karton yeşiklərə doldurub müştərigözləyirlər. Məlum olur ki, həyətlərində saxladıqları itlərin ballarınısatanlar da var, böyük it ticarəti ilə məşğul olanlar da.



Qiyməti 2000 manatlıq it

Bazarda hər qiymətə - 150 manatdan2000 manata qədər it tapmaq olar. Bazarınən bahalı və nəhəng iti Türkiyənin Sivas bölgəsindən gətirilən "Kanqal” cinsindəndir. "Kangal” Türkiyə mənşəlibir çoban və gözətçi, it irqidir. Adı Sivasın Kangal rayonundan gəlmədir.Kangal itləri daha çox çoban iti, gözətçi vəzifəsini yerinə yetirirlər. Çünkidigər çoban iti növləri sürünü qorumaqdan çox istiqamətləndirmə və idarə etməkdəustadırlar. Kangal itinin ən diqqətə çarpan xüsusiyyəti isə, sahibinə duyduğu həddindənartıq sədaqət və vəfadır. Çox yaxşı bir döyüşçüdür. Canavar, çaqqal kimi vəhşiheyvanlara qarşı sürüsünü qoruyan bir gözətçidir. Onun qiyməti 700manatdan başlayıb 2000 manata qədər yüksəlir. Sivas kanqallarını sifarişləgətirirlər.



Bizimki - Qurdbasar iti

Bazarda Azərbaycana məxsus Qurdbasarit cinsi diqqətimi çəkdi,sən demə bu cinsi it, tək mənim diqqətimi çəkməyib,bütün bazara gələnlər birinci həmin itlərin yanına yaxınlaşıb, sahibindən buitlər barəsində məlumat alırdı. Satıcının sözlərinə görə, Qurdbasar təmizAzərbaycan təbiətinə məxsus cinsdir, əsasən mühafizə və sürülərin qorunmasındaistifadə edilir. Adının Qurdbasar olması ,canavarlara və çaqqallara divantutmasından yaranıb. Sahibinə qarşı çox mehriban olan bu itlər, əsasən böyüktəsərrüfatları qorumaq məqsədilə alınır. Heyvansevərlər son dövürlər sürətlənəsli kəsilən Qurdbasarın artımına çalışırlar.



Rotfeller  və Dobelman də ənçox satılan cinslərdir


Alman ovçarkasının qiyməti 250manatdan başlayaraq 700 manata kimi yüksəlir. "Rotfeller” və dobelman də ən çoxsatılan cinslərdir. Onların qiyməti 400 manatdan başlayır. Ən çox qadınlarınmaraq göstərdiyi Şipis cinsinin qiyməti 200-600 manat arasında dəyişir.


İtlərin hamısı qeydiyyatdan keçir və sənədləşdirilir

Burada satılan həm yerli, həm dəxaricdən gətirilən itlər hamısı Dövlət Baytarlıq İdarəsində qeydiyyatdan keçirvə sənədləşdirilir. Satılarkən itin sənədləri də müştəriyə təqdim olunur. Çünki,ölkə xaricinə çıxarkən itlər üçün də sənəd tələb olunur. İtlər ən çox RusiyaFederasiyasından gətirilir, həmçinin Ukraynadan, Gürcüstandan, Türkiyədən gətirilənit cinsləri də az deyil.Satıcılar alıcılara aldıqları heyvanıhəmin an həkimə göstərməyi tövsiyə edirlər. Deyirlər ki, alıcı iti alıb aparır,soyuq suda çimizdirib xəstələndirir, sonra da qaytarıb gətirir ki, bəssatılanda xəstəymiş.



Məhəbbət tutuquşuları tək qalandaölürlər

Bazarda quşlar və balıqlar üçünayrılmış xüsusi guşələr var. Bu guşəyə maraq böyükdür. Alıcılar 10-15 manatcivarında olan tutuquşu növlərinə üstünlük verirlər. Tutuquşuların qiyməti həmdə onun növünün az tapılan və ya yayılmış olması ilə bağlıdır. Danışıq öyrədiləbilən "Korella” tutuquşusunun ən ucuzları 50 manatdır. Qiymət həm də quşun neçəsöz öyrənməsindən asılıdır. Nadir növ sayılan və nəsli kəsilmək üzrə olanalbinos "Korella”ların biri 100 manatdır. Onların gözləri qırmızı, özü isə ağrəngdə olur. Məhəbbət tutuquşusunun biri60 manatdır. Digər tutuquşulardan fərqli olaraq, onları tək saxlamaqolmaz. Quşun başındakı qırmızı naxış digər quşla yanbayan dayandıqda ürəkformasını alır. Bu quşu digər quşdan ayırdıqda ölür. Məhəbbət quşlarının gözəl səsləri var”.


Pişik dovşandan bahadır

Dovşan balalarının birinin qiyməti5-10 manat arasında dəyişir. Böyük dovşanlar 15-20 manatadır. Bazarın ən çox maraq kəsbedən sakinlər pişiklərdir.Pişiklərin sirri UNO-ların sirrinəbərabərdir.Onların o qədər sirri var ki, hətta elm də bunların hamısınıaçıqlaya bilmir və sübut olunub ki, pişiklərin "üçüncü göz”ü var.Pişiklər10000 ildir ki, insanlarladır və qədimdə onları Tanrının elçisi kimiinanaraq ona baş əyirdilər. Orta əsrlərdə isə onları yandırırdılar, inanaraqki, onları şeytan bu dünyaya yollayıb.

Yarım əsr olar ki, pişikhissiyyatlarını təcrübələrlə Avropada, Amerikada və keçmiş SSSR-dəöyrəniblər.Artıqpişiklərin təhlükəni hissetmə bacarıqlarının olması elə də sirr deyil, bunagörə də insanlar onları hansısa səyahətə, gəmi səyahətinə və s. yerlərə özləriilə götürürlər.

Bazarda alıcılarını gözləyənheyvanlardan biri də,Şotland pişikləridir. Öz yaranmasına görə bu pişiklər1961 - ci ildəŞotlandiyanınPetşirqraflığında yerləşən fermada doğulmuş və gözlənilməz mutasiya aşkarlanmış pişikbalalarına borcludurlar. Çoban Uilyam Ross ağ pişik balası Syuzini əldə edir.Müasir skotiş - foldlar məhz Syuzidən törəyiblər. Təəssüflər olsun ki, bu pişikerkən yaşda avtomobilin altında qalsa da o vaxta qədər o, daha bir qulağısallaq pişik balasını - Snuksu dünyaya gətirməyə macal tapmışdı. Snuks bu cinspişiklərin artmasında böyük rol oynamışdır. İlk vaxtlar hesab edirdilər ki, bupişiklər kardır. Lakin bu ehtimallar özünü doğrultmadı amma xüsusi quruluşunagörə onların qulaqlarına tez - tez təmizləmə lazımdır. Bu pişiklərin biri 250 manatdır.Şotland pisikləri həm görnüşləri həm rəngləri ilə alıcıları özlərinə cəlbedirlər. Satıcının sözlərinə görə, bu pişiklərə maraq daha böyükdür.

Ənucuz heyvanlar balıqlardır


Balıqlar bazarın ən ucuz heyvanlarındandır, qiymətlər 1 manatdan başlayır. Ucuzoldğundanmı, ya bu hevanlara marağın böyüklüyündənmi, bilmirəm, amma balıqalıcıları daha çox idi bazarda. Demək olar ki, hər 5 müştəridən biri balıq almadanbazarı tərk etmirdi. Ancaq qeyri-adi balıq növlərini 17-20 manata da tapmaqolar. Akvariumlar və ona aid hər cüraksesuarları da bazardan tapmaq mümkündür.

Son

Ey heyvanlarına hörmət və sevgiinsanlığın müsbət tərəflərindəndir. Bu üzdən "İt bazarı”ndakı alıcı çoxluğunasevinmək gərək. 

SübhanMahmudov