adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Dekabr 2017 15:09
35237
MARAQLI

Həyatını heyvanlara fəda edən adam

Gökçer Korkmaz... Yazın bu adı bir kənara... Ya da eləbu dəqiqə sosial şəbəkələrdə izləyin.

Instagram ünvanı, "hayvan_sever_gokcer_korkmaz”

Türkiyədəyaşayan gənc bir oğlan sözün tam mənasıyla heyvansevərdir. Gəzdiyi, gördüyü həryerdə pişkləri, itləri, quşları, bütün heyvanları əlindən gəldikcə bəsləyənböyük ürəkli insandır. Uşaq yaşlarında da heyvanları sevən qəhrəmanımız,indinin özündə də həyatını heyvanların yaşamını xilas etməyə, onları sağaltmağafəda etmişdir.

Öz imkanları vəkönüllülərin dəstəyilə hər gün yeni bir heyvanın müalicəsi və baxımı iləmaraqlanır.

Göçkeruşaqlığını danışır: "Babaeski mahalında dünyaya göz açdım, böyüdüm. Anam Bolqarıstan, atam isə Yuqoslaviya köçmənidir. Təkuşağam. Anam və atam mən 10 yaşında ikən ayrıldılar. Şəhərin biraz uzağındababamın yanına köçdük. Kirpili, qoyun-quzulu, itlərlə, pişiklərlə dolu bir evə.Babam müdhiş bir insan idi. Əsl təbiət adamıydı. Küçədən sahibləndiyi bir itivardı, hər yerə onunla gedərdi. Babam, on baba gücündəydi.


"Yaxşı bir insan olmaqnecə olamlıdı?" sualını mən onda gördüm. Heyvanları çox sevirdi,çiçəklərlə danışırdı, böcəklərlə belə söhbət edirdi!

Yaşadığı məhəllədə küçəitlərini, pişilərini bəsləyən Gökçə bu sevginin uşaqlığından qazanmışdı. Babasıaşılamışdı bu sevgini ona.

"Velosipedimlə gəzir,yerlərini tapır, yemək aparırdım. Böyüdükcə bir məhəllə, daha bir məhəllətapırdım. Nağılardakı kimi biraz daha uzağa gedim, biraz daha kənaragedim" deyə-deyə bir gün o zibilxananı fərq etdim. Orda onlarla göz-gözəgəldim. Bir sürü unudulmuş heyvan. Su yox, yemləri yox. Xəstlər. Şikəstlər. Birqismi doğmuşdu. Balaları pərişan gündə. O an dedim ki, "Mən bugördüklərimi görməzdən gələ bilmərəm. Normal bir həyata geri qayıdabilmərəm!" O gün bu gündür, o zibilliklərdəki heyvanları bəsləyirəm, gündəiki dəfə ora gedirəm...

Akdeniz UniversitetininTurizm bölümünü yarıda buraxan Gökçer, o vaxtlar üçün belə deyir: "Xoşbəxtdeyildim. Həyatdakı məqsədim xəyallarımla bağlı deyildi.”

Gökçerin xəyalı isəbeləydi: "Məktəbdə müəllimlər hərkəsə "böyüyəndə kim olacaqsız? Nə olmaq istəyirsiz?”sualını soruşardılar. Kimi müəllim, polis, memar, həkim və sariə olmaqistəyirdi. Bütün qəlbimlə mənim də bu suala verdiyim cavab belə idi: "Mənkimsəsiz uşaqlara yardım edən bir işdə çalışacam. Mən evsizlərə kömək edəbilcəyim işdə çalışacam. Mən küçədə fiziki qüsurlu insanlara kömək edəcəyimişdə çalışacam. Mən qocalar evində - babaları, nənələri tərk edənlər kimideyil, onlara baxan bir yerdə çalışacam. Mən ağac əkilən yerdə çalışacam. Vəmən ən çox da kimsəsi olmayan bütün heyvanlara yardım edəcəm, onları xoşbəxtetmək üçün bir yerdə çalışacam.”

"Hələ də o günlərdəsöylədiklərimin, hiss etdiklərimin izindəyəm. Məktəbdə oxuduğum vaxtlardafərqinə vardım ki, məktəb xəyal etdiyim bir yer deyil. Məktəb, hər şeydən öncəbir uşağın yaxşı ürəkli bir insan olaraq yetişməsini hədəfləməliydi. Halbukiməktəblər müharibələri öyrədir amma müharibənin niyə pis bir şey olduğuhaqqında hər hansı bir şey öyrətmir. Təbiət haqqında bütün şeylər öyrədir ammahəqiqətən təbiəti sevməyimiz gərəkdiyini, onu niyə qorumağımız gərəkdiyinianlatmır. Bütün heyvanlar öyrədilir amma heyvanları sevməyimizin gərəkliyini,onlara yardım etməyimiz gərəkdiyini anlatmır, öyrətmir.”


"Böyük ürəkliuşaqlar olmağımızı veclərinə almırlar”

"Yaxşı insan olmaq, mərhəmətli olmaq, paylaşmaq,möhtac içində olan hər canlıya yardım etmək, yaşamlara hörmət göstərmək kimibizi yaxşı ürəkli bir insan edəcəklə bağlı mövzular dərslərdə keçirilmir.Məktəblər əzbər bilgilərlə doldurulmuş, bir növ peşə sahibi robotlar olmağımızıistəyir sanki. Yaxşı ürəkli insanlar, geniş qəlbli uşaqlar olmağımız o qədər dəveclərinə deyildi. Bu işdə yanlış vardı və hələ də çox təməl, çox vacib, ənvacib bir yanlış var” deyə də təhsil sisitemilə bağlı düşüncələrini əlavə edirGökçer abimiz.

2008-ci ildən vegeterian, 2012-ci ildən veqan olmağaqərar verən Gökçer, "Yaşamaq haqqı, kainatda var olan hər canlı üçün qutsaldır.Bizdən gücsüz heç bir canlının yaşamı tərifsiz acılar ilə iztirab, köləlik vəzülm ilə oğurlamağa haqqımız yoxdu, ola bilməz və olmamalıdır.

Heyvanları sevirsənsə, bu yaşayan, yaşamaq istəyən hərheyvanı içinə alacaq bəşəri, heç bir təmənna güdmədən sevgi hissin olmalıdır.İnsan olmanın əsas zərurəti sevgi, mərhəmət, empatiya, yaşamağın qutsallığıbunu tələb edir. Mən, özümü, başqa bir canlının çəkdiyi acı, istirab vəölümüylə bəsləyəməm” deyə istismar edilmədən bir həyata keçidinin səbəbləriniaçıqlayır.

Gökçer feysbuk profilindənhər gün paylaşdığı sosial mesaj verici video çarxlarla, statuslarla, fotolarlainsanlara, xüsusən də uşaqlara ulaşmağa çalışır. Özəliklə heyvan sevgisi iləbağlı əlaqəli mesajlar paylaşır, çünki heyvan sevgisinin dünyadakı digər bütünsevgilərin üstündə olduğunu qeyd edir.


Daha çox insana çatmalıyıq

Gökçer heyvan sevgisiylə bağlı daha çox xəbərin, reklamın, köşə yazılarının və.s olmağı gərəkdiyini vurğulayır: "Daha çox insanın xəbərdar olmağı üçün, hər canlı üçün, sevgi xəyalı quran və içindəki hissi hərəkətə keçirməyi gözləyən insanlara çata bilmək üçün digər həssas, əmək sərf edən insanlarla bağlı daha çox xəbərlər edilməlidir. Hesab edirəm ki, jurnal, televiziya və qəzet kimi kommunikasiya vasitələri də bu məsələdə həssas olmalıdır ".