31 May 2023 14:14
967
GÜNDƏM

Həsənriz:Rusiya SM nəzarətində, ermənilərin əlində olan Aterk - FOTOLAR

Separatçılar növbəti dəfə özlərinə məxsus mediada Qarabağda gedən kənd təşərrüfatı işləri ilə bağlı məqalələr dərc edirlər. Bununla demək istəyirlər ki, heç nə vecimizə deyil, biz əkirik, becəririk, Vardanyan demiş, dirəniş göstəririk.


Adalet.az xəbər verir ki, bu dəfə separatçılar Ağdərə (Mardakert) rayonu Aterk kəndində gedən yaz təsərrüfat işlərini işıqlandırıblar. Kənd icmasının rəhbəri Vardan Qriqoryan deyib ki, icmada istixana təsərrüfatı genişlənib:” Beynəlxalq Qızıl Xaç Komitəsi istixanaların bir hissəsini kənd sakinlərinin bir qisminə verib, digərləri isə öz zəhmətləri ilə tikiblər. Şəxsi torpaq sahələrində də geniş miqyasda kartof və pomidor, lobya, kələm, badımcan, qarğıdalı əkilib. Kəndlilər blokadanın yaratdığı problem və çətinliklərdən ruhdan düşmədi, əksinə, torpaqla daha fəal işləməyə başladılar, günlərinin çoxunu tarlalarda, bağlarda keçirdilər”.

Qoyun, ermənilər əsib-biçməyində olsun, mən sizə Aterkdən danışım: Ərazinin adı Həsənriz kimi qeyd edilib, amma lap qədim adı Aterk/Ater qalası olub. Tədqiqatçılar yazır ki, aterk türk dillərindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlandırıılıb.


Amma Osmanlı qaynaqlarında kəndin adı 1727-ci ildə Çаlаbеrd nаhiyəsinin kəndi olaraq keçir. Qədim dövrdə Qafqaz Albaniyası ərazisində yerləşən Həsənriz kəndinin inkişafının əsası təxminən XV əsrdə Cənubi Azərbaycandan köçmüş türk tayfaları tərəfindən qoyulub. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilib.


Rusiya bu qaraçıları Qarabağa köçürdükdən sonra kəndlərdə yer-yurd salan ermənilər zaman keçdikcə azərbaycanlıları sıxışdırmağa başladı. 1918-ci ildə terrorçu, silahlı ermənilər Qarabağda azərbaycanlılara qarşı qırğınlar yaratdı və Həsənriz tamamilə ermənilərə məxsus oldu. Sovet dövründə isə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilərək Aterk qoyuldu. Müstəqiilik əldə edən Azərbaycan 1992-ci ildə kəndin adını yenidən Həsənriz etdi.

Elə həmin il Ağdərə rayonu ləğv edilərək Kəlbəcər rayonuna birləşdirildi. 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçdi. Lakin 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçirdilər. Hazırda Rusiya sülhməramlı kontingentinin nəzarətindədir. Hazırda Həsənrizdə 1500 nəfərə yaxın erməni yaşayır. Vətən müharibəsindən sonra Rusiyanın, Fransanın və erməni lobbilərinin maddi yardımı ilə dolanırlar.


P.S. Bu kənd mənim yaddaşımda Vətən müharibəsindən əvvəl “Göy qutabı” “Göyərti kətəsi “ festivalı keçirən bir kənd kimi qalıb. “Jenqyalov çörəyi” festivalı ...

2018-ci ildən isə  Aterkdə "Haterk Food" adı altında təbii qida istehsal olunur.

Əntiqə Rəşid



: