Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO

2024-cü ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.
Adalet.az xəbər verir ki, plana uyğun olaraq hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, minaatanların döyüşə hazır vəziyyətinə gətirilməsi öyrədilib.
Həmçinin hərbi texnikaların təyinatı üzrə düzgün istismarı və hərbi yüklərin daşınması qaydaları izah olunub, hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsi məşq etdirilib.
Toplanış müddətində qarşıya qoyulan fəaliyyətlər hərbi vəzifəlilər tərəfindən uğurla yerinə yetirilib.
Qeyd edək ki, toplanışın əsas məqsədi ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılmasıdır.
Digər Xəbərlər

Bu televiziyalara ayrılan vəsait azalır

Hərbçilərin ev kirayəsi haqqının ödənilməsinə bu qədər vəsait ayrılacaq

XEYRƏDDİN QOCA RAMİZ MEHDİYEVƏ NƏ DEDİ?

Dərmanların adlarının xidmətlər zərfinə daxil edilməsi meyarları təsdiqləndi

Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verdi

"Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları" dəyişdi

Emal edilməmiş almazın daşınma qaydası müəyyənləşdi
