adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Fevral 2018 14:53
29257
ƏDƏBİYYAT

Hər şey zaman içində

Roman

Tanınmış yazıçıVaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. "Adalet.az” həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.



əvvəli burada

Məhkəmənin qərarı

XII

Qara maşın Gəncəyə çatandagündüz saat ikinin yarısı idi. Onları qara maşından düşürüb birbaşa məhkəməolacaq binaya apardılar. Məhkəmə zalında oturub gözləmələrini əmr etdilər.Başlarının üstündə silahlı əsgərlər dayanmışdılar. Aradan bir xeyli vaxtkeçdi. Birdən elan etdilər:

-Ayağa qalxın, məhkəmə gəlir!

Onsuz da məhkəmə zalında HacıLətif kişinin aıləsindən və nəzarətçi əsgərlərdən başqa heç kim yox idi. Onlarda ayaq üstə idilər. Qarşıdakı səhnənin yan qapısı açıldı. Məhkəmə üzvləri zaladaxil oldular. Onlar Gəncə dairəsi üzrə rayon Fövqəladə Üçlüyündən ibarət idilər.Hakimin amiranə səsi zalda əks-səda verdi:

-Müttəhimlər onlar üçünayrılmış xüsusi yerə keçirilsinlər!

Hacı Lətif kişi və ailə üzvlərinəzarətçi əsgərlərin müşayiəti ilə səhnəyə qalxıb müttəhimlər üçün ayrılan yerəkeçdilər. Hakimlə və məhkəmə üzvləri ilə qabaq-qarşı dayandılar. Onları oturmağa da qoymadılar. Onlaradanışmaq ikanı da vermədilər. Əslində heç sual-cavab da olmadı. FövqəladəÜşlüyün sədri qarşısındakı 47 №-li qovluğu sürətlə vərəqlədi və müstəntiqYelyanı məhkəmə zalına dəvət etdi. Yelyan ağzını açıb nəsə demək istəyirdi ki,hakim onun sözünü kəsdi:

-Qovluqdakı faktlarındoğruluğunu təsdiq edirsənmi?

Yelyan cavab verdi:

-Bəli, möhtərəm hakim!

Hakim ayağa qalxdı.Yanındakılar da, məhkəmə zalından onlara irişə-irişə baxan müstəntiqYelyan daayağa qalxdılar. Müttəhimlər onsuz da ayaq üstə idilər.Hakim ciddi və sərt birtövrlə əlindəki vərəqi oxumağa başladı:

-"Azərbaycan ərazisi üzrə Gəncədairəsi rayon Fövqəladə üçlüyü müvəkkil Yelyanın məruzəsinə və Nuxa şəhərində tərtib edilən 12 mart 1931-ci iltarixli təqsirnamədə göstərilənfaktlara əsaslanaraq qərara alır: " HacıLətif Rəsul oğlu səkkiz il müddətinə həbsdüşərgəsinə məhkum edilsin. Məhkumluq müddəti... hesablansın. Ailəsi üç ilmüddətinə Qazaxıstana sürgün edilsin. Sürgün müddəti ...hesablansın. Əmlakı müsadirə edilsin. ”

Məhkəmə elə bununla da bitdi.Hacı Lətif kişini və ailəsini yenə də qara maşına doğru apardılar. Qaramaşın yola düşdü.

******************

*****

Çıxılmazlıq

XIII

Əbdüləli müəllim neçə gün idi ki, özünə gələ bilmirdi. Ata-anasının,qardaşlarının haraya sürgün edildiyini öyrənmək də onun üçün müşkül bir işəçevrilmişdi. Öyrənə bildiyi yeganə bir şey onların konvoyla Bakı limanına gətirilməsi,digərləri ilə birlikdə yük gəmisinə doldurulub Xəzərin o biri tayına–Krasnovodsk limanına göndərilməsi, sonra isə Aral dənizinin şimalında yerləşənKokaral adasına sürgün edilməsi olmuşdu.

Bu dəqiq idimi? Bunun dəqiqolduğunu necə dəqiqləşdirməli? Nə yaxşı ki, onun Mehralı adlı bir dostu vardı.O tez-tez Aşqabada, arabir də Daşkəndə və Alma-Ataya gedib gələnlənlərdən idi. O yerləri yaxşıtanıyırdı. Özünün də Siyasi İdarədə yaxın bir qohumu işləyirdi. O, Pakizəadında yupyumuru bir qız idi. Sevişirdilər. O Mehralıya, Mehralı da Əbdüləli müəlliməbu işdə kömək edəcəyinə söz vermişdilər.Amma ki, günlər sürətlə bir-birini əvəz edirdi. May ayı qurtahaqurtardaidi. Get-gedə Əbdüləli müəllimin səbri, hövsələsi daralırdı.

Bir axşam darvazanındöyüldüyünü eşidən Əbdüləli müəllim həyətə çıxdı. Darvazanın bala qapısını açıbgələnin dostu Mehralı olduğunu gördü.Əlüstü salamlaşıb, darvazanı tez bağladılar, evə keçdilər. Mehralı qoltuğundan bir dəstə kağız çıxartdı.Bunlar Hacı Lətif kişinin istintaqı və məhkəməsi ilə bağlı sənədlərin makinada çıxarılmışsurətləi idi. Onlar kağızları diqqətlə oxumağa başladılar. Birdən Əbdüləli müəllimtəəccüblə Mehralıdan soruşdu:

-Qardaşım, beş yaşlı Hamidsürgündə ola-ola adının istintaq sənədlərinə salınmaması nə deməkdir?

Çevrilib Əbdüləli müəlliməbaxan Mehralının üzündə acı bir təbəssüməmələ gəldi:

-Sovet hökuməti hümanist hökumətdir.O, uşaqları sürgünə göndərmir.

Onlar yenə də baxışdılar,dodaqlarını büzərək başlarını mənalı-mənalı tərpətdilər. Hər ikisi birağızdan:-Belə de!-dedilər.

İttihamnamənin "qəraraalındı” hissəsindəki "Tyurok, poddanstvo ASSR” sözləri də onların diqqətindənyayınmadı. Əbdüləli müəllim dedi:

-Bu hayes Yelyan onun türkolduğunu xüsusi vurğulayıb. Üstəlik "qrajdanin” sözündən deyil, "poddanstvo”sözündən istifadə edib. "Qrajdanin” vətəndaş” mənasında olduğu halda,"poddanstvo” həm "vətəndaş”, həm də "təbəə” mənasındadır.

Mehralı ona təsdiqedici bir nəzərləbaxaraq cavab verdi: "Bəli, hayes Yelyan türkəAzərbaycan vətəndaşı kimi deyil, Azərbaycan təbəəsi kimi baxır. BütünSSRİ üzrə məşhur Üçlüyün üzvü Mir Cəfər Bağırovun səsinin gur yerinə salaraqhansı bərabərlikdən, hansı xalqlar dostluğundan danışdıgına fikir verməmisənmi?

Əbdüləli müəllim Mehralını sirayətedici nəzərlərləbaşdan-ayağadək gözdən keçirdi:

-O, qorxaqdır. Özününküləriqırmaq, öldürmək yolu ilə özgələrin yanında mövqe qazanan qorxaqdır. Qorxaqlarqorxutmaq yolu ilə cəsarətli olurlar. O-SSRİ səviyyəsində qorxaqdır. O buittihamnaməni "soqlasen i utverjdayu”-"razıyam və təsdiq edirəm” sözləri kor-koranə şəkildə imzalayan Bədəlov kimi birşeydir.

Mehralı əlavə etdi: "Dostum,o həm də SSRİ səviyyəsində yaltaqdır. Stalinə, Beryaya və Üçlüyün bizim gözlərimizdənyayındırılan hayes üzvlərinə yalanan yaltaqdır. Xayindir, satqındır, onda türkqanı yoxdur. O bizi satmaq, ayaqaltı eləmək,bizə cəza verməklə onlara xoş gəlmək istəyən iyrənc bir adamdır. Baxacaqsan,onun axırı olmayacaqdır.”

Onlar susdular və yenidənbaxışdılar: "Divarlar bizi satmaz ki?”

Sonra da gülümsədilər:”Onlarbəzilərindən daha etibarlıdır.”

Əbdüləli müəllim bayaqdan odsaldığı samovarın qaynadığını görübdedi:

-Yaxş. Sədaqətli divarların şərəfinəbir stəkan çay içək! Amma əvvəlcə çayniki dəmləyək. Mehralı, bax, gör, Əbdüləlinin əlindən birişgəlir, ya yox.

Elə ki, çay içə-içə bir loxmaçörək kəsdilər, onda bu qərara gəldilər ki, müəllimlər yay tətilinə çıxan kimiKrasnovodska, oradan da Kokarala getsinlər. Sonrasına Allah kərimdir.

******************

*****

Yollar

XIV

- Mehralı, sən mənə qardaşlıq elədin.Yoxsaki, bu yolları təkbaşıma keçib gələbilməyəcəkdim.

-Hələ mənzilə çatmağımıza çoxvardır, Əbdüləli müəllim, tələsmə.

-Ürəyimə damıb ki, hər şeyyaxşı olacaqdır. Amma nədənsə tələsirəm.

-Axı, tələsməklə deyil, yetişməklədir.Əbdüləli, görmədinmi ki, Şəkidən Bakıya, Bakıdan, özün demişkən, Balkan vilayətindəkiQızılsuya, yəni, Krasnovodska gəlməyimiz bir neçə günə çəksə də, gah qurudanadlaya-adlaya, gah da sudan keçə-keçə Türkmənistandan Özbəkistana gəlməyimizbir aya qədər vaxt apardı. Müəllimlərin yay tətilinin qurtarmasına nə qaldı ki?

-Düz deyirsən Mehralı qardaş!Artıq iyulun onu da oldu. Bir azdan o da qurtaracaq. Öhdəmizdə bircə avqust ayı qalır. Qazaxıstanavaxtında çatsaydıq! Nə yaxşı ki, sən türkmən və özbək ləhcələrini bilirsən,yoxsa, günümüz nə olardı?

-Fikir eləmə, Əbdüləli, mənqazax ləhcəsini də bilirəm. Eh, mənim ömrüm-günüm bu yerlərdə keçib. Bir də ki,bunlar eyni bir dilin ayrı-ayrı ləhcələridir. Bir azca buralarda oldun, hamısınıöyrənəcəksən. Bizlərdə ögeylik yoxdur. Atamız-bir, anamız-bir. Sadəcə olaraq,bir-birimizdən aralı düşmüşük. Əslində aralı da düşməmişik, küsülü qonşularkimi yaşamışıq.

- Mehralı qardaş, and olsun,alim kimi danışırsan. Özü də öz dilini bilən alim kimi.

-Əbdüləli, oxumaq ayrı şeydir.Oxumaq,görmək və bilmək isə bir ayrışeydir. Qazılanmaq olmasın, məndə bunların üçü də vardır. Nə olsun ki, diplomumyoxdur.

-Heyif ki, sovet hökuməti hərşeyi diploma bağlayır. Real savad nəzərə alınmır. Özünün verdiyi bir parça əskiniəsas götürür. Əslində o, Nikolaydan qalma qanunları tətbiq edir. Rus özünütəbliğdən başqa ayrı bir işə baxmır.Tatarı ruslaşdıra-ruslaşdıra, türkməni aldada-aldada, özbəyidolaşdıra-dolaşdıra, qırğızı və qazağı bir-biri ilə savaşdıra-savaşdıra, bizləridə yerlərimizdən didərgin sala-sala özişini görür. Beynimizdən, ağlımızdan istifadə edə - edə bizi özümüzəyadlaşdırır.

-Əbdüləli, sən özün də məndən dalaqalan deyilsən. Səndə cılğı alim suyu vardır.

- Mehralı, sən hələ Əbdülməcidi görməmisən.Maşallah, kəllədir. Eləmədiyi misal yoxdur. Mən özüm müəlliməm. Amma Əbdülməcidmənim çətinlik çəkdiyim misal və məsələləri də çox asanlıqla həll edir. İşə baxki, bu qabiliyyətin yiyəsi olan bir uşağın üç-dörd gün bundan əvvəl sürgündə -Kokaralda on beş yaşı tamam olmuşdur. Burası belə. Kiçik qardaşım Hamidin vur-tut beş yaşı vardır. Sürgünə göndərilənlərinsiyahısında adı da yoxdur, Kokaralda sürgündədir. Ədalət beləmi olur? Bunlarınaqibəti Viktor Hüqonun "Səfillər”indəki bir çörək üstündə katorqaya göndərilənJan Val Janın aqibətinə bənzəmirmi? Cinayətlə cəzanın tarazlığının pozulduğubir məmləkətdə ədalətdən dəm vurmağa dəyərmi?

-Əbdüləli, təhsilim olmasada, adını çəkdiyin o əsəri mən də oxumuşam.Demək istəyirəm ki, istər Nikolay hökuməti olsun, istərsə də bu hökumət, bunlarbir medalın tərs və unqat üzləri kimidir. Bunların heç birində insana hörmətolmamışdır. Əvvəla, dili ağzına sığmayanlar vətəndaşın üzərinə düşən vəzifələrinnələr olduğundan danışır. Dövlətin üzərinə düşən vəzifələrin nələr olduğunu isə,ümumiyyətlə, dilinə gətirən yoxdur. Vətəndaş nə etməli olduğunu bildiyi halda,dövlət nə etməli olduğunu bilmir. Vətəndaş dövlətə xidmət edir, dövlət isə vətəndaşaxidmət etmir.

- Mehralı qardaş, xaos elə bunadeyirlər. İt iti tanıyır, amma yiyəsi itini, it də yiyəsini tanımır. Fransızıpisləyib fransız utopik sosializmindən, almanı qaralayıb alman klassik fəlsəfəsindən,ingilisi bəyənməyib ingilis siyasi iqtisadından dəm vuran bir dövlətinideologiyasında hansı şəffaflıq ola bilər? Bu-kirli düşüncələr dövlətidir. İndibizə nə düşüb ki, cəlayi-vətən olmuşuq? Biznə günahın sahibiyik ki, əsir-yesir edilirik, hara gəldi sürgünolunuruq? Elə bil ki, bizləri tilsiməsalıblar. Hansısa sehirli bir əl üstümüzdə gəzir. O əlin sığalı ilə biz yuxuyagedirik. Biz yuxuda olanda sapı özümüzdənolan baltanın ən kəsərlisini seçirlər ki, başımızı rahatlıqla kəssinlər. Ölkədəki,bölgədəki və yerlərdəki ən biqeyrət kişi və qadınları seçib sonalayırlar. Onagörə ki, sapı özümüzdən olan baltalar onların əlində daha etibarlı görünür.

-Bəli,Əbdüləli, bəli. Biz həmin o biqeyrətlərin fitvası ilə ata-ana, bacı-qardaşaxtara-axtara qalmışıq. Onu da deyim ki,Ozbəkistandan Qazaxıstana daha bir şey qalmayıb. Nukusdan keçmişik. Hal-hazırdaAltunkuldayıq. Elə ki, gedib Münoka çatacağıq, ondan sonra qayıqla Aral dəniziboyunca ağzıyuxarı Kokarala qədər üzə biləcəyik.Aralataciklər "Bəhri-Aral”, farslar isə "Dəryaçe-yeXarəzm” deyirlər.Düzdür, Kokaral AralınQazaxıstana düşən hissəsindədir, lakin keçidlərdə yoxlama-zad olmur. O ki,qaldı "Kokaral” sözünün mənasına, bunu "Yaşılaral”, yəni "Araldakı yaşıl yer”kimi izah edirlər. Qazaxlar ”Kökaral” və "Kuqaral”, "Aral”a "Orol” deyən özbəklər isə ona "Kokorol” deyirlər. Onu da deyim ki, Cənubi QazağıstanınMaktaaral və Ordabasi rayonlarında, Özbəkistanın Daşkənd vilayəti Bukirayonunda adına Kokaral deyilən aullar vardır. Elə Kokaralın yuxarısındangündoğan tərəfindəki aulun da adıKokaraldır. Görək, bizimkilər oradadırmı? Amma bizim indi olduğumuz yerlərAraldan aşağıdakı yerlərdir. Buralar Qaraqalpaqıstan adlanır. Hələ ki, biz dəQaraqalpaqların, yəni, "qarapapaqların” arasındayıq. Davdaq adlı bir qaraqalpaqşairi demişkən:

Torumu atdım dengizə,

Denqiz balığı bermedi.

Allah rehm elesin bize,

Denqiz balığı bermedi.

Düzdür, bizim özümüz də oboyda dənizdən toruna bircə balıq düşməyəno qaraqalpaq şairinin günündəyik, amma elə bilirəm ki, səhər Münoka yoladüşsək, ordan da qayıqla özümüzü Kokarala çatdıracağıq.

-Allah ağzından eşitsin! Hamiləgecələr xeirxah gündüzlər doğsun! Yataq, dincimizi alaq ki, yollar biziyormasın!

(Kokaral adasıyaşıl rənglə göstərilmişdir)

***************

*****

Münokdan Kokarala

XV

Altunkuldan Münoka gedənavtomobil torpaq yolla hərəkət etdiyindən sərnişinlər istidən və tozdan əziyyətçəkirdilər. Demək olar ki, hamının boyn-boğazından tər axırdı.Əyinlərində özbəksayağıarxalıq, başlarında araqçın olan Mehralıilə Əbdüləli müəllim heç kimin diqqətini cəlb etmirdilər. Türkmənlə türkmən,özbəklə özbək kimi danışan Əhməd isə heyranedici idi. O, adamlara alim və səyyahtəsiri bağışlayırdı. Onu dərin adam, böyükbir şəxsiyyət kimi qəbul edirdilər.Ona hörmətlə yanaşırdılar. Təbiidir ki, Əbdüləli müəllimi ondan ayırmırdılar.Bu şirin yolçuluq, nəhayət, günortaya yaxın başa çatdı.

Maşından düşdülər. Sərnişinlərköhnə tanışlar kimi bir-biri ilə salamatlaşıb ayrıldılar. Əbdüləli müəllim əyilib Mehralının qulağına dedi:”Kitablardanoxumuşam ki, Aral gölünün sahəsi 68.000 km2-dir.Əhmədona yarıciddi, yarızarafat ilə cavab verdi:

-Gəl, əvvəlcətoqqanın altını bərkidək, sonra "Dəryaçe-yeXarəzm”ə baş vurarıq.

Elə də etdilər. Hərəsibir piyalə çay içib, allahverəndən bir tikə çörək kəsdi. Durdular. Nə fikiretdilərsə, çayxana sahibindən məsləhət almaq istədilər. Çayxananın sahibi Əmin əkəÖtəroğlu adında ortayaşlı bir kişi idi. Ruhanilərsayağı xətt saxlayırdı.Adamları qarşılamağından xoşməcaz biradam olduğu bilinirdi. O, məsləhət bildi ki, balıqçı Bərdah əkə daha yaxşıdır,qayığı möhkəm, özü isə etibarlıdır. Sonra da əlavə etdi:

-Oturun, birpiyalə çay için. Çağırtdıracağam. Siz çayınızı içib qurtarana kimi Bərdah əkə gəlibçıxacaqdır.

Elə də oldu. Birazdan sanki iki paya üzərində yeriyən nəhəng bir adam onlara yaxınlaşdı.Salamlaşdı. Hər ikisinə xoş gəldin dedi, əl verib hər ikisi ilə görüşdü. O daortayaşlı idi. Üzündəki saqqalabənzər tək-tük uzun və seyrək tüklər, təpəsininortasındakı araqçın onu daha da heybətli göstərirdi. Üzünü çayçıya bir qədərhündürdən dedi:

-Mənə də birdör gətirin! Bir piyalə də çay verin!

Bərdah əkənin səsindəki yumşaqlıq və mülayimlik onunxoşqılq bir adam olduğundan xəbər verirdi. Görünüşündən çox ağır bir adam təsiribağışlasa da, yüngüllüklə dörə əyləşib, bardaş qurdu. Qarşısındakı piyalədənbir qurtum çay içib sözə başladı:

-Munok doluÖtəroğludur. Amma Əmin əkə Ötəroğlu birdir. Mənimlə gedəcəksiniz. Mənimlə gələcəksiniz.Siz qərib adamsınız. Qərib adam Cənnətdən qovulmuş Adəmə oxşayır. Amma indikiAdəmlərin çoxunu günahına görə deyil, günahsızlığına görə yurdlarından didərginsalırlar. Əbdüləli müəllim köksünü ötürdü:

-Neynəməli?Bu, tarixin Əhrimənlər dövrüdür.

Bərdah əkə dərdinədərddaş tapan adamlar kimi dərhal cavab verdi:

-Əslində,Əhrimən "Əyri-mən” deməkdir. Əyrilərin mənəmlik dövründə günahsızları cəzalandırırlar.Nə qədər ki, Bərdah əkə sağdır, araqçını yandan qoyun! Getdik!

Bərdah əkəGörünüşünə xas olmayan bir cəldliklə ayağa durub, üst-başını silkələdi:-Əmin əkə,xeyir-dua ver, yola düşürük!-dedi.

Onlar da çayçıƏmin əkə Ötəroğlu ilə salamatlaşıb Bərdah əkəyə qoşuldular.

*****************

*****

Kokaralda

XVI

Bərdah əkənin qayığı gün əyiləndəBerq körfəzinə daxil olub Kokarala çatdı. Meh vurduqca ləpələnən Aralda gah qalxıb düşən, gah da sağa-sola əyilən qayıq beşik kimi yırğalanır, suların səsiana laylası kimi görünürdü. Bəlkə də, elə bu laylanın təsiri ilə Əbdüləli müəllimdə, illər boyu yollar yormuş Mehralı dayuxuya getmişdilər. Bərdah əkə yol boyu onlara dəfələrlə çevrilib baxmış,oyatmağa qıymamışdı. Bu nəhəng insanqayığı sahilə bənd edib, elə qayığın içindəcə onlara baxa-baxa oturmuş və dərinbir fikrə getmişdi.

Əbdüləli müəlliminyuxulu-yuxulu "Ay ata, gəlmişəm!” deməsi iləMehralının oyanması, Bərdah əkənin səksənib yerindən şiş kimi qalxmasıbir oldu. Qayıqdakılar qayığın qırağından yapışmasaydılar, suya yıxılacaqdılar.Əbdüləli müəllim ətrafına boylanıb, gözlərini ovuşdura-ovuşdura dedi: "Atamsoruşdu:- Əbdüləli, harada idin? Cavab vermək istəyirdim ki, oyandım!”

Heç kimdən səs çıxmadı. Bərdah əkəözünəməxsus yumşaqlıqla dedi:

-Bizdən yuxuyozan olmaz. Düşün,ayağınız Kokaral torpağına dəysin.

Kokaral sahəsi 273 km2 olan böyükbir ada idi. Torpağı gilli-qumsal çöküntülərdən ibarət olub, yarımsəhrabitkiləri ilə örtülü idi. Həm şərqdən, həm də qərbdən boğazlar vasitəsi iləsahildən ayrılırdı. Adanın şimal-şərqində hündürlüyü 163 metr olan birdağ uzanırdı. Bərdah əkə onun Daut, yəni, Davud dağı olduğunu deyirdi.Dağ adaya xüsusi bir yaraşıq verirdi.

Onlar sahilə çıxanda artıqadamın kölgəsi özündən üç qat uzun idi. Bərdah əkə onlardan ayrılmamışdı.Onlarla birgə qalacağını, onlarıMünoka öz əli ilə qaytaracağını, necəlazımdırsa, eləcə yola salacağını vəd etmişdi. Bir də ki, Bərdah əkənin Kokaralaulunda dostları da var idi. Bəlkə də, bu səbəbdən qarşılarına çıxan birinciadama salam verdilər. Bərdah əkə ərkyananıqla soruşdu: "Sən müsəlman balasan.De görüm, Qarabay əkə evdəbolmazmı?” Adam:-Bolar,-dedi vəuzaqlaşdı.

Qarabay əkə onları gülər üzləqarşıladı. Gəlişlərinin məqsədini biləndə:-qəriblərimi deyirsiniz?- deyəsoruşdu və cavab gözləmədən davam etdi:”Burada hamı onlara hörmət edir.Aralarında Əbdülməcid deyilən bir yeniyetmə vardır ki, canlara dəyər. Bizimuşaqlarımıza toplamağı, çıxmağı, vurmağı və bölməyi öyrədib. Onsuz da buradakıqəriblərə dövlət nəzarəti yoxdur. Onları elə yerə gətirməyiblər ki, qayıdıb gedəbilsinlər. Amma bizim adamlar Əbdülməcidingetməsinə dözməyəcəklər. Elə müəllimi haradan tapmaq olar? Özü də o yaşda! Diyaxşı, oturun, bir piyalə çay için. Gümüşü xatunun çayının dadına baxın. Görün,analar necə qız doğur.”

Bərdah əkə çox ciddi bir tövrlə:-Qarabay əkə, çayı sonra içərik!-dedi.

Qarabay əkə daha da sərt vəsinirli bir şəkildə: ”Qarabayın çayını içmədən bu bərədən çıxmaq olmaz! Hünərinizvardır, bir addım atın!-deyə ciddiləşdi.

Bərdah əkə Əbdüləli müəlliməvə Mehralıya baxaraqyazıq-yazıq dilləndi:

-Ayaqüstü birçay içək. Mən boyda adama belə eləyən, görün, sizə neyləyər?!

Həyətdəcəadama bir piyalə çay içibib çıxdılar.

Əbdüləli müəllimiçindəki sıxıntını gizlədə bilmirdi. Bir tərəfdən də gördüyü yuxu onu sakitburaxmırdı. Axır ki, canını dişinə tutaraq Qarabay əkədən soruşdu: -Qarabay əkə,atam Hacı Lətif kişi haqqında bir söz demədiniz.

Bura qədər basıbbağlayan Qarabay əkənin gözlərinə çökən buluddan üzünə kölgə düşdü:

-Allah rəhməteləsin!Odur, bax, Daut dağının başında durub gəlişinizi gözləyir.

Birdən-birəsanki hər şey dəyişdi. Əbdüləli müəllimingözləri yandı. Yanaqlarından qaynar göz yaşları süzülməyə başladı.Hönkürtüsünü boğmaq istədi. Hıçqırdıqca qalxıb enən çiyinlərini saxlamaq üçünsanki əllərini yaylıq edib sinəsinə bağlayan Əbdüləli müəllim sövqi-təbiiolaraq atasının məzarına doğru irəlilədi. Qarabay əkə ilə Bərdah əkə qabağakeçdilər ki, yolu göstərə bilsinlər. Qəbristanlığa çatanda orada uyuyan mərhum və mərhumələrin ruhu şadolsun deyə əl açıb dua etdilər.

Hacı Lətifkişinin qəbri Davud dağının üzü cənub-qərbəbaxan yaslan bir yerində qazılmışdı. Qəbrintəzəliyi baş daşına bağlanan qara parçanın rəngindən bilinirdi. Yeri çox mənzərəli bir yer idi. Buradan səmayavə uzaqlara baxmaq olardı. Bəlkə də, Kokaraldan baxanda doğmalarını görə bilsin deyə onu Davuddağının döşündə dəfn etmişdilər. Bu axşam çox qəribə axşam idi. Məhz bu axşamdoğmaları Hacı Lətif kişinin axirət evinin qarşısında idilər və onun əzizruhuna dualar oxuyurdular.

Atasının qəbriqarşısında diz çöküb dərin düşüncələr içində hər şeyi unudan Əbdüləli müəllimi Mehralı çiyinlərindən tutubsilkələdi:

-Qalx, gör,kimlərin arasındasan.

Əbdüləli müəllimbaşını qaldırıb anasını,Əbdülməcidi və Hamidi başının üstündə dayanan gördü.Qollarını açıb hamısını birdən bağrına basdı.

Qovuşur sevincə yenəgöz yaşı...

Ürəklər dayanır sanki bir anlıq.

Başına sağlıqlar, susanbaş daşı!

Əkiz doğulubdur işıq,qaranlıq.

Ürəklər dayanır sanki bir anlıq.

Hər görüş bir cürəolur, nə etmək?

Axı, kim deyir ki, açan solmayır?

Oğultək atanın üstünəgetmək

Bəlkə də hamıya qismət olmayır.

Axı, kim deyir ki, açan solmayır?

Onlar əlləriniburaxmadan beləcə yavaş-yavaş dikəldilər.Sanki kimsə kiminsə əlindən çıxıb qaçacağından ehtiyat edirdi. Əbdüləli müəllimbir də baxıb gördü ki, ətrafı dolu adamdır. Sən demə, balaca Kokarala ildırımkimi yayılan xəbəri eşidənlər də qəbristanlığa axışıblarmış. Əbdüləli müəllimbir anlığa özünü Nuxada olduğu kimi hiss etdi.Onlar adamların əhatəsində evəqayıtdılar. Kənd camaatı evə girmədən Əbdüləli müəllimə başsağlığı veribdağılışdı. Qarabay əkə dirəşib Bərdah əkə iləMehralını evinə qonaq apardı.

Lampa işığındabaşlanan söhbət qurtarmaq bilmirdi. Balaca Hamid anasına söykənərək yuxuyagetmiş, Əbdülməcidin gözləri yuxusuzluqdan qan çanağına dönmüşdü. Axırda Güllüxanım gözlərinin yaşını yaylığının ucu ilə silə-silə dedi:

- Allah bu camaatıqorusun. Bizə onlar arxa durdular.Torpaq sahəsi ayırdılar. Ev tikdilər. Korluqçəkməyə qoymadılar. Amma ki, kişi üzülmüşdü. Nə qədər elədik, sağalda bilmədik.Axır vaxtlar tez-tez:-Əbdüləli harada qaldı?-deyə soruşurdu. Heç nədən xəbərimizolmasa da, biz də:-Gəlir,-deyirdik. Oğlum, sən də yat, gözünün acı çimirini al.Əbdülməcid sən də.

-Ana, yerimiziyanaşı sal, mən Əbdüləli qadamla yatacağam,-deyə Əbdülməcid ayağa qalxdı.

Əbdüləli müəllimpəncərədən çölə baxdı. Səhərin alatoranında orda-burda banlayan xoruzların səsieşidilirdi.

*******************

*****

Kokaralcamaatı növbə ilə onları qonaq çağırırdı. Qarabay əkə başda olmaqla hamıonların Kokaralda qalmasını istəyirdi. Hətta, yalvaranlar da olurdu. OnlarƏbdülməcidin uşaqlarına oxumaq, yazmaq öyrətməsindən çox məmnun idilər.Əbdülməcidingetməsi onlara faciə kimi görünürdü. Əbdüləlinin müəllim olmasını bilənkimidaha da qızışdılar. And verib boğaz çəkən kim, dil tökən kim...

Gedəsi günyaxınlaşırdı. Kokarallılara qalsaydı, tutub zamanı da saxlayardılar. Bu isəmümkün deyildi... Artıq bir həftə tamam olmuşdu.

Onları təntənəilə yola saldılar. Hərə bir şey gətirmişdi. Yemək, içmək, şirniyyat ... Cəmision beş-iyirmi evdən ibarət olan Kokaral kəndi həm sevinir, həm də kədərlənirdi. Ona görəsevinirdi ki, bir ailə öz doğma yurduna qayıdırdı. Onagörə kədərlənirdi ki, çox qiymətli adamları itirirdi. Axır ki, Bərdah əkəninqayığı Berqın sularında yırğalana-yırğalana Kokaraldan uzaqlaşdı. Kokarallı birqız o qayığın dalınca kədər və ümid dolu baxışlarla baxdı. Baxdıqca da gözyaşları yanaqlarından sel kımi axdı. Heç kim ona:-Ağlama!-demədi. Çünkiağlamağa dəyərdi.

BİRİNCİHİSSƏNİN SONU

(Ardı var)