adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Fevral 2018 16:38
20341
ƏDƏBİYYAT
A- A+

Hər şey zaman içində

Roman

Tanınmış yazıçı Vaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. "Adalət.az” həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.


əvvəli burda


İstintaq

VI

Hacı Lətif kişi cümə məscidinin sağ tərəfi ilə 20-30 addım yuxarı gedərək, Qurcanaçay üzərində salınmış kiçik körpudən keçib daha bir neçə addım irəli yeridi. Yolun sağında da, solunda da iki mərtəbəli, yaraşıqlı binalar var idi. İstədi ki, binaların kiminki olduğunu xatırlasın, xatırlaya bilmədi. Ona deyildiyi kimi soldakı binanın çox vaxt açıq saxlanan orta qapısından içəri keçdi, ikinci mərtəbəyə qalxdı. Yenə də sola döndü, yanılmasın deyə sayaraq üçüncü qapını döydü. İçəridən səs gəldi:

- Arə, kimdir?

Müracət formasındakı kobudluq Hacı Lətif kişini titrədən kimi oldu. Özünü toplayıb qapını yavaşca araladı. İçəridəki stolun arxasında koğaburun birisi oturmuşdu. Sanki gözləri də bir qədər qıyıq idi. Üz-gözü xoruz pipiyi kimi qaraqarışıq qırmızı rəngə çalırdı. O, gözlərini bərəldib key-key gələn adama baxırdı. Hacı Lətif kişi özünü toplayıb soruşdu:

-Yelyan sizsiniz?

- Arə, nə sözün var?

- Hacı Lətif kişi mənəm.

-Sən müttəhimsən. Arə, bildin?

- Yoldaş Yelyan, nə danışırsınız?!

-Arə, məni tanıyirsan? Birdən-ikidən durub oturduğumuz olub?

-Xeyr!

- Bax, gör, mən sənin yoldaşın ola bilərmmi? Ay musurman, musurman!

- Dədən boyda kişiyəm.

- Arə, mən dədə-mədə tanımaram.

Hacı Lətif kişi birdən-birə dəyişildi, səsindəki mülayimlik yoxa çıxdı:

- Onu hamı bilir. Məni nəyə çağırmısan?

- De görüm, zavodun durur?

- O, baramaaçan fabrik idi. 1917-ci ilə qədər o işlə məşğul olmuşuq.

- Sonra?

- Sonra da baramadan eşilmiş ipək almaq üçün bir neçə dəzgah gətirtdirmişdim. Onu bir qədər böyütmüşdüm.

-Daha sonra?

-1920-ci ildən onu Şura hökumətinə bağışlamışam.

-Musurman olasan, zavod bağışlayasan. Heç ağıla batan iş deyil. Zavodunda hayeslər də işləyirdimi?

- Karo, Jora, Hayqı.

-Necə idilər?

- Çalışırdım ki, yaxşı olsunlar. Nikolaya şikayət eləməsinlər.

- Tanıdığın erməni qadınlar da vardımı?

- Hələ sovet qurulmamışdan bir erməni qızı yanıma gəlmişdi. Mənim fabrikimdə olan fəhlələrə rus dili dərsi keçmək istəyirdi. Çimnaz Piriyan adında bir qız idi. Təşkil etdim, gənc fəhlələrlə söhbətləşdi, hətta, dərs keçməsi üçün otaq da ayırdım.

-Musurmandan çıxmayan iş!

- Hər dəfə dərsə gələndə Zərixan və Züleycan adlı iki erməni qızı da özü ilə gətirirdi. Fəhlələrə çox şey öyrədirdilər. Fabriki hökumətə bağışlayandan sonra onlardan xəbərim olmadı.

- Bəs onlar necə idilər?

-Sənin anan, bacın kimi. Fəhlələr arasında xətir-hörmət qazanmışdılar.

- Sən burada müttəhimsən, mən də müstəntiqəm.

Yelyan qarşısındakı vərəqə nə isə yazırmış kimi əlindəki qələmin perosunun ucuna üfürd