adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2019 12:52
20528
MƏDƏNİYYƏT

“Hər şey Azərbaycan kinosuna qurban olsun”


Xəzər MediaCenterdə "Kişi Ol” filminin qala-gecəsi uğurla baş tutub.

Adalet.azaverilən məlumata görə, premyerada tanınmış simalar, televiziya, şou-biznes, KİVnümayəndələri, incəsənət xadimləri, blogerlər və başqaları iştirak ediblər.

"Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafındabirləşdirir. Bu xarakter isə yazıları ilə

Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmışJurnalist Mübarizdir. Bir biznesmen

tərəfindən təhdid olunan Mübariz bir məqaləniyazmamalıdır, yazarsa da ailəsini itirməlidir.

Mübariz bu vəziyyətdən necə çıxacaq?

Təqdimatda çıxış edən qonaqlar filmin beynəlxalqmüsabiqələr üçün də bir tapıntı olacağını

söyləyiblər.

"Kişi ol”un ssenari müəllifi və rejissoru sevilən vəreytinqli serialların ssenari müəllifi, aktyor – Valeh Əhmədov, quruluşçuoperator – Əhməd Barasov, montaj – Elgün Xeyrullayev, Vaqif

Əhmədov, quruluşçu rəssam – İlqar Qurbanovdur.

Filmdə Xalq artistləri Həmidə Ömərova, Qurbanİsmayılov, tanınmış aktyorlar Tural Baxış,

Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, XatirəSüleymanova, Flora Hüseynli, Vaqif

Kərimov, Elvin Ağayev, Elsevər Mehdizadə, Sənan Əlləz,Əli Əlizadə, Cavanşir Məhərrəmov,

Namiq Məna, Erkin Ergin, Sabir Samiroğlu, Namis Şirməmmədovvə digərləri rol alıblar.

Filmin təqdimatından sonra Valeh Əhmədov , izləyicilərətəşəkkür edib. Filmin ərsəyə gəlməsində ona dəstək olan hər kəsə minnətdarolduğunu bildirib . Sualları cavablandırarkən filmi öz maddi vəsaiti hesablna çəkdiyinivurğulayıb.

"Azərbaycan tamaşaçısına inaniram, amma film üçünqoyduğum pul batsa da Azərbaycan kinosuna qurban olsun" - Valeh Əhmədovfikirlərini belə tamamlayıb.

"Kişi Ol” filmi yanvarın – 26 dan bütün Park Cinemakinoteatrlarında nümayiş olunacaq.

Park Cinema – Azərbaycan müasir çoxlu sayda zallarıolan kinoteatrların şəbəkəsidir. Bu gün

şəbəkəyə ParkBulvar, MetroPark, ZaqulbaMall,FlameTowers əyləncə mərkəzələrində yerləşən bir neçə kinoteatr daxildir.