16 Avqust 2023 17:24
415
HADİSƏ

“Hər nə vəziyyətdə olsan da biz doğmaların üçün qəbulumuzsan”

“Pis gününə sevinənlərə də qarğış eləmirəm, biz kişiyik. Onları sadəcə Allaha tapşırıram, vicdanları ilə baş-başa buraxıram”.

Adalet.az xəbər verir ki, qəzaya düşən, qolunun biri amputasiya olunan tanınmış bloqer Nicat Şakirlinin (Nikosayağı) qohumu onunla bağlı paylaşım edib.

“Sən mənim həyatda ən dəyərlimsən xalaoğlu. Nə olur olsun, hər zaman arxandayam. Uşaqlığımızdan necə olmuşuqsa son günümüzə qədər sənə arxa-dayağam, bütün varlığımla. Hər zaman bir-birimizin əlindən tutmuşuq. Yıxıla-dura böyümüşük. Həyatın hər üzünü, pisini-yaxşısını görən adamlarıq. Bu da keçəcək. Ən əsası sağsan. Biz səninlə xaloğludan da çox doğma qardaş olmuşuq. Canım ağrıyır xaloğlu, çəkdiyin hər əziyyətə ən az sənin qədər şərikəm. Sən yaxşı kişisən, yaxşı qohumsan, yaxşı qardaşsan, yaxşı atasan. Allah səni qorusun. Pis gününə sevinənlərə də qarğış eləmirəm, biz kişiyik. Onları sadəcə Allaha tapşırıram, vicdanları ilə baş-başa buraxıram. Əsas olan sən yaxşısan, salamatsan, sən hər nə vəziyyətdə olsan da biz doğmaların üçün qəbulumuzsan. Hər şey yaxşı olacaq, kişi qardaşım Nicat!”

 

Emin