20 Iyun 2025 11:22
90
HADİSƏ

Bakıda baş verən qəzalar - VİDEO

Paytaxt yollarında qeydə alınan yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəblərindən biri də bəzi sürücülərin nizamlanmayan yolayrıcılarından keçərkən qaydalara əməl etməməsidir.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir:

"Hərəkət zamanı yollarda diqqətli olmalı, digərlərinə hörmətlə yanaşmalı, hər bir şəxs həyat və sağlamlığını hər şeydən üstün tutmalıdır".