20 Noyabr 2023 13:12
2495
MARAQLI

Hər il 5 milyon uşaq 5 yaşına çatmır - Ümumdünya Uşaq Hüquqlarını Müdafiə Günü

20 noyabr Ümumdünya Uşaq Hüquqlarını Müdafiə Günüdür. 

Heç bilirsinizmi ki, dünyada beş milyon uşaq beş yaşına çatmadan ölür? Onların 250 milyonu məktəbə getmir, 160 milyonu işləməli olur. Hər il 5 milyon uşaq 5 yaşına çatmır

20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Uşaq Hüquqları haqqında Konvensiya qəbul edildiyindən hər il noyabrın 20-si Ümumdünya Uşaq Hüquqları Günü kimi qeyd olunur. 

1990-cı illə müqayisədə bu gün, orta hesabla hər il on min az uşaq ölür. Buna baxmayaraq, UNICEF-in hesablamalarına görə, hələ də hər il 5 milyon uşaq beş yaşına çatmamış ölür. Təmiz su, daha yaxşı gigiyena şəraiti və işləyən səhiyyə sistemi olsaydı, bu ölümlərin çoxunun qarşısını almaq olardı.

Dünyada məktəbə davamiyyət nisbəti artsa da, bu gün 250 milyon uşaq hələ də məktəbə getmir. “Beynəlxalq Əmək Təşkilatı (BƏT) və UNİCEF-in birgə apardığı araşdırma nəticəsində 2021-ci ildə dərc olunan hesabata görə, uşaq işçilərin sayı 160 milyon nəfərə çatıb və bu rəqəm son 4 ildə 8,4 milyon nəfər artıb.

UNİSEF-in eyni hesabatına görə, 4-17 yaş qrupunda uşaqların idmanla məşğul olma nisbətinin yüzdə 35 olduğu görülür.Bu nisbətin demək olar ki, yarısı gəzinti və qaçış fəaliyyətlərindən ibarətdir. Futbol, basketbol, voleybol və velosiped idmanlarının ümumi nisbəti yüzdə 15 ilə məhdudlaşır.

 

Emin