“Hər birimizin üzərinə böyük vəzifə düşür” - Fərhad Abdullayev
"Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul olunub. Bu, Heydər Əliyevin şah əsəridir”
Bunu Bakıda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
O,bildirib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir: "Bizim hər birimizin üzərinə böyük vəzifə düşür”.
F.Abdullayev, daha sonra Ombudsman təsisatının fəaliyyətinə toxunub. Bildirib ki, Ombudsman təsisatına toplu şəkildə ərizə və şikayətlər daxil olur.
"Ombudsman təsisatı bilavasitə insanlarla daha çox ünsiyyətdə olur. Konstitusiyaya edilən dəyişiklərdən sonra Ombudsman təsisatına Azərbaycanın Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan səmərəli istifadə edir. Ombudsman Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul olunan 30-a yaxın qərar barədə müraciət edib, bununla bağlı müvafiq qərarlar qəbul edilib. Biz birgə fəaliyyət göstərməklə mövcud problemlərin aradan qaldırılmasına çalışırıq”, - deyə F.Abdullayev vurğulayıb.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35