Hənifə Ələsgərov küçəsindəki dayanacaqda dəyişiklik edildi
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti dəyişiklik həyata keçirilib.
Agentliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Hənifə Ələsgərov küçəsində (Mərdanov Qardaşları küçəsi ilə kəsişmədə) mövcud avtobus dayanacaq məntəqəsindəki "cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib: "Dəyişiklik həyata keçirilməmişdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi.
Avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilirdi;
"Cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar "cib”ə daxil ola bilmirdilər;
Dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı.
Dəyişiklik həyata keçirildikdən sonra artıq:
Avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır;
Piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir;
Sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyir;
Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr də yerləşdirilib".
Digər Xəbərlər
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27


Bakı -°C

