Həmyerlisini şantaj edən şəxs tutulub
İyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat pul verməsini tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb. Şəhər polis şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
30 Aprel 2024 11:53
Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53