"Hələ ki, sülh əldə edilməyib" - İlham Əliyev
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış edən zaman deyib.
Dövlət başçısının sözlərinə görə, biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq:
"Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər.
Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq".
Digər Xəbərlər
30 May 2026 09:48
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər?
29 May 2026 15:01
“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”
29 May 2026 13:25
Maldiv Prezidenti İlham Əliyevi təbrik etdi
29 May 2026 12:45
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
29 May 2026 10:14
“Ermənistanın və İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur...”
29 May 2026 10:04
“Bu iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir”
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47


Bakı -°C

