adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Oktyabr 2016 10:13
7983
DÜNYA

Həbsxanadan 470 məhbus qaçdı

Braziliyanın San-Paulu ştatının polisi Jardinopolis şəhəri ətrafında yerli həbsxanadan qaçan məhbusları axtarır.

Adalet.az xəbər verir ki, ştatın hakimiyyətinin verdiyi məlumata görə, həbsxanadan ümumilikdə 470 təhlükəlicinayətkar qaçıb.

Kütləvi qaçış sentyabrın 29-da keçirilən qiyamdan sonra baş tutub. Etiraz zamanı məhbuslar dülgər emalatxanasını yandırıblar,yaranan qarışıqlıqdan istifadə edərək penitensiar müəssisəni tərk ediblər.

Cümə gününün ikinci yarısında 338 qaçaq məhbus tutulub, digərləri hələ də azadlıqdadırlar. Daha iki nəfərin öldüyü məlumdur, onlardan biri çayda boğulub, digərinin külə dönmüş cəsədi isə şəkər çuğunduru sahəsində aşkar edilib.

Qiyama səbəb kameralardaməhbusların çoxluğu olub: həbsxana 1080 nəfər üçün nəzərdə tutulsa da, orada1860-dan çox məhbus saxlanılırdı.