Həbs edilən 8 terrorçudan biri: Batalyon komandiri, qatil Montenin silahdaşı...
jpg-1696413095.jpg)
Bildiyimiz ki, Qarabağdakı separatçıların “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə 3 oktyabrda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Oxuculara məlumat üçün bildirək ki, Davit İşxanyan I Qarabağ müharibəsi zamanı komandiri qatil Monte Melkonyanla birgə Azərbaycana qarşı döyüşüb. Beləki onun sosial şəbəkə hesabında bununla bağlı paylaşımı da var. Davit İşxanyan Monte Melkonyanın, Serj Sarkisyanın, biri tanınmayan terrorçunun və özünün birlikdə olduğu fotonu paylaşıb və 44 günlük müharibədə uduzduqları üçün Montenin “müqəddəs ruhu”ndan üzr istəyib. Qeyd edək ki, 1968-ci ildə Xocavənd rayonu Heşan kəndində ( Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir. Ermənilər adını dəyişib Aşan qoyub) anadan olub. 1975-1985 Aşan kənd orta məktəbində oxuyub .
1985-1992 Stepanakert Pedaqoji İnstitutunun tarix fakültəsində tarix və hüquq ixtisası üzrə təhsil alıb.
Vikipediya məlumatlarında Davit İşxanyanla bağlı bu faktlar yer alıb:" 1987-1989 SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir
1989-cu ildə Ermənistan İnqilabi Federasiya Partiyasının üzvü olub .
1989-1991 Artsaxın azadlıq mübarizəsində və könüllülər hərəkatında iştirak etmişdir . tələbə birliyinin fəal üzvü olub.
1991-1995 Birinci çağırış DQR Ali Sovetinin deputatı olub .
1992-1995 DQR Müdafiə Ordusunda xidmət edib , Martuni rayonunun 28 saylı batalyonunun komandiri olub.
1995-2000 Aşan orta məktəbinin direktoru olub .
2000-2005 Aşan icmasının başçısı idi .(Bələdiyyə sədri)
2007-ci ildən Artsax ARF Mərkəzi Komitəsinin nümayəndəsidir .
2015 Mayın 3-də 6-cı çağırış DQR Milli Məclisinə keçirilən seçkilərdə majoritar seçki sistemi ilə 8-ci seçki dairəsindən DQR Milli Məclisinin deputatı seçilib .
2015 2017-ci ilin may ayından Mart ayında o, DQR Milli Assambleyasının Daşnaksütyun fraksiyasına rəhbərlik edib .
O , Milli Məclisin maliyyə, büdcə və iqtisadiyyatın idarə edilməsi daimi komissiyasının üzvüdür.
04.05.2012-ci il tarixdə DQR Prezidentinin 24-A saylı fərmanı ilə 1-ci dərəcəli “Döyüş Xaç” ordeni ilə təltif edilmişdir .
16 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 13-A saylı fərmanı ilə “Mxitar Qoş” medalı ilə təltif edilmişdir ".
Əli günahsız azərbaycanlıların qanına batmış bir terrorçunun, uşaq qatilinin həbs edilməsi Azərbaycan ordusunun və dövlətinin böyük uğurudur! Bu uğur münasibəti ilə bütün xalqımızı təbrik edirəm.
Qeyd edək ki, bu günə kimi, 8 terrorçu DTX tərəfindən saxlanılıb:
1.“Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Mnatsakanyan,
2.Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan,
3.“Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan,
4 Separatçı hesab olunan Davit Manukyan,
5.Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan
6.Bako Saakyan,
7.Araik Arutyunyan,
8.“Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Azad edilən ermənilər arasında bu gün məhkəməsi keçirilən diversantlar da var

Azərbaycanın azad edəcəyi 32 erməninin siyahısı açıqlanıb - ADLAR

Hüseynlə Aqşin erməni əsirliyindən AZAD EDİLİR

Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdü

Qondarma rejimin rəhbərləri 32 nəfərlik siyahıya daxil deyil

Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir

Bakıda və bölgələrdə yağış yağacaq - XƏBƏRDARLIQ
