adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyul 2020 22:00
20956
İDMAN

Həbib döyüşdən imtina etdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurmaqomedov UFC-253 çempionatında iştirak etməyəcək.

Qol.az TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov məlumat verib: "Həbib bu turnirdə çıxış etməyəcək".

Bu turnir çərçivəsində Həbib ABŞ təmsilçisi Castin Geyci ilə mübarizə aparmalı idi.

İyulun 3-də Həbib Nurmaqomedov atası və məşqçisi Abdulmanap Nurmaqomedov koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir.

Əlavə edək ki, Abu Dabida keçiriləcək turnirə sentyabrın 19-u start veriləcək.