Havadca Asif: "Artıq açıq müharibə başlayır"
Pakistan və Əfqanıstan arasında başlayan hərbi qarşıdurma dünyanın diqqət mərkəzindədir. Hərbi qarşıdurmanın tərəflər araslnda qanlı müharibəyə çevrilməsi ehtimalı artmaqdadır.
Pakistanın müdafiə naziri insidentlə bağlı bəyan edib ki, "Onlar dünyanın hər yerindən terrorçuları gətirib Əfqanıstana yığıblar və burdan bütün dünyaya terrorizmi eksport edirlər". "Bizim səbrimiz tükənib. İndi Əfqanıstanın taliban hakimiyyətinə qarşı açıq müharibəyə başlayırıq".
Bildirilir ki, dünən gecədən başlayaraq, Əfqanıstan hərbi qüvvələri Pakistan sərhədləri yaxınlığında hərbi əməlıyyata başlayıblar. Rəsmi Kabil bildirib ki, bu hücumlar İslamabadın aqressiyasına qarşı cavabdır.
Pakistan tətəfi Əfqanıstanın hərbi əməliyyatlarına qarşı, paytaxt Kabildə daxil olmaqla bu ölkənin ərazilərinə silsilə avia zərbələr endirib.
Əfqanıstanın Ali luderinin mətbuat katibi Zabiulla Mocahet, Kabilin geniş miqyaslı hərbi əməliyyatlara başladığını elan edib.
Görünən odur ki, dünyada yeni bir müharibə ocağının yaranma təhlükəsi artmaqdadır.
Rüstəm Hacıyev


Bakı -°C

