adalet.az header logo
  • Bakı -°C
27 Fevral 2026 17:42
103
GÜNDƏM
A- A+

ANAMA-ya yeni vəzifə həvalə edildi

Minatəmizləmə Agentliyinə yeni vəzifə həvalə edilib.

Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Minatəmizləmə Agentliyinin vəzifələri sırasına keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən minatəmizləmə fəaliyyətinə dair tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə icraçıdan pozuntunun aradan qaldırılmasını tələb etmək, buna riayət olunmadıqda icraçının minatəmizləmə fəaliyyətini dayandırmaq daxil edilib.