Hava nə vaxt sabitləşəcək?

Yanvarın 21-dən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Adalet.az-a verilən məlumata görə, yanvarın 20-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclü olub.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 11.0 mm, Balakən, Zaqatalada 6.0 mm, Şərur, Ağdərədə (Ordubad) 3.0 mm, Şahbuz, Daşkəsən, Göygöl, Kişçay (Şəki), Sədərəkdə 2.0 mm, Naxçıvan, Şəmkir, Quba, Qusar, Xaltan, Qrız, Qəbələ, Göyçay, İmişli, Kürdəmir, Cəfərxan, Yardımlı, Lənkəran, Şahdağ, Qobustan, Zərdab, Biləsuvar, Göytəpə, Kəlvəzdə 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 35 sm, Sarıbaşda (Qax) 27 sm, Qubada 20 sm, Kəlvəzdə 18 sm, Qrızda 16 sm, Xaltan 8 sm, Altıağacda 6 sm, Daşkəsən, Göygöl, Zaqatala, Şərur, Naxçıvanda 5 sm, Lerik, Sədərəkdə 4 sm, Balakən, Kişçay (Şəki), Şahdağda 3 sm, Qusarda 2 sm olub.
Şimal-qərb küləyinin maksimal sürəti: arabir Naftalan 30 m/s, Neftçalada 20 m/s, Mingəçevirdə 18 m/s, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Proses gün ərzində davam edəcək, axşama doğru bir qədər səngiyəcək, 21-dən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu tədricən 3-4° yüksələcək.
Digər Xəbərlər
27 Oktyabr 2025 16:07 Güclü külək əsəcək – Sarı xəbərdarlıq
27 Oktyabr 2025 15:33 Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 Oktyabr 2025 12:40 Sabahın HAVASI
27 Oktyabr 2025 12:01 Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı
27 Oktyabr 2025 11:33 Bu rayonlara qar yağıb - Faktiki hava
27 Oktyabr 2025 10:15 Azərbaycanda adı olmayan yaşayış məntəqəsi - VİDEO
27 Oktyabr 2025 10:00 Soğan anbarlarda qalıb - Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - VİDEO
27 Oktyabr 2025 09:55 

Bakı -°C 






