Hava limanının yaxınlığında GÜCLÜ PARTLAYIŞ
Özbəkistanın paytaxtı Daşkəndin hava limanının gömrük anbarı ərazisində güclü partlayış olub.
Adalet.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, partlayış dalğası episentrdən 30 km-yə qədər məsafədə hiss olunub.
Məlumata görə, geniş ərazini alov bürüyüb, yaxınlıqdakı evlərin pəncərələrin şüşəsi sınıb. Hadisə yerinə onlarla təcili tibbi yardım maşınları gəlib.


Bakı -°C

