Hamıdan sonra o gəldi - VİDEO
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub.
Adalet.az xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz qarşılayıb.
İtaliya hökumətinin başçısı mərasimə qara kostyum və iri boyunbağı ilə qatılıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi şam yeməyində NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər. Liderlər Prezident Kompleksinə növbə ilə gəlib, Meloninin korteji isə sonuncu olub.
Baş nazir Prezident Kompleksində rəsmi mərasimlə qarşılanıb. Qarşılama zamanı Mehter orkestri çıxış edib.
Meloninin sammitdəki iştirakı son günlər ABŞ Prezidenti Donald Trampla bağlı yayılan müzakirələr fonunda da diqqət çəkib.
İki lider arasında gərginlik Trampın “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvardı” iddiasından sonra gündəmə gəlib. Daha sonra Tramp sosial media hesabında Meloni ilə əl sıxdığı fotonu paylaşaraq “Uzaqlaşdırma qərarı lazımdır” ifadəsini yazıb.
Bu paylaşımlar beynəlxalq mediada geniş müzakirə olunsa da, Ankara sammiti çərçivəsində iki lider arasında münasibətlərin necə olacağı və bunun ABŞ-İtaliya əlaqələrinə mümkün təsiri diqqət mərkəzindədir.
Qeyd edək ki, Meloni NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün Ankaraya səfər edib. Sammitdə müdafiə xərclərinin artırılması, alyansın çəkindirmə siyasəti, Ukraynaya dəstək və Avropa təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Zirvə çərçivəsində liderlərin ikitərəfli görüşləri də planlaşdırılıb.


Bakı -°C

