"Hamı buradadır, heç yerə getmək fikrimiz yoxdur" - VİDEO
Hamı buradadır, heç yerə getmək kimi bir fikrimiz yoxdur - sabah, o biri gün, 10 gündən sonra... Biz çalışacağıq ki, məsələ burada həll olunsun.
Bunu bu gün Şuşada keçirilən aksiyada iştirak edən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas Trend-in müxbirinə deyib.
"Mən özüm qarabağlıyam, Bakıda yaşayıram. Azərbaycanın göz bəbəyi olan Qarabağda baş verən hadisələr bizi buralara qədər gəlməyə məcbur elədi. Bir qrup qeyri-hökumət təşkilatı sədrləri, gənclər və yerli əhali, yəni Şuşada yaşayan insanlar bu axşam buradadırlar. Biz artıq 10 saatdan çoxdur buradayıq. Bildiyimizə görə, Qızılağac və Dəmirli kəndləri ərazisində yerləşən yeraltı və yerüstü sərvətlərimiz ermənilər tərəfindən vəhşicəsinə talanır. Bu talana şərait yaradan rusiyalı sülhəramlıların rəhbəri Volkovdur. Biz də burada ona görə yığışmışıq ki, Volkov gəlsin, bu məsələyə bir aydınlıq gətirsin", - deyə o bildirib.
R.Abbas qeyd edib ki, ekoloqlarımızın Azərbaycan ərazilərini yoxlamaq, dəyən zərərləri araşdırmaq ixtiyarları var. Bunlardan əlavə, hansı yeraltı və yerüstü sərvətlər var, onlar pasportlaşdırılmalıdır: "Bütün bunların monitorinq edilməsinə isə Rusiya sülhməramlıları imkan vermir. Vətənin hər daşı bizim üçün əzizdir, Vətənin hər guşəsi bizim göz bəbəyimizdir. Onsuz da Ermənistan uzun illər ərzində Vətənimizin yeraltı və yerüstü mənbələrini talan edib. Ocaq qalamışıq, özümüzə çadır qurmuşuq, bayrağımızı da asdıq və xəbərdarlıq elədik ki, bu bayraq ikinci dəfə oradan çıxarılarsa, sizinlə beynəlxalq məhkəmədə görüşəcəyik. Hamı buradadır, heç yerə getmək kimi bir fikrimiz yoxdur - sabah, o biri gün, 10 gündən sonra... Biz çalışacağıq ki, məsələ burada həll olunsun. Məslə burada həll olunmasa, onu Bakıya daşıyanlarımız olacaq. Bu aksiyalar Bakıda Rusiya səfirliyinin önündə baş verəcək. Bu gün biz ekoloji tələblər irəli sürürük, o zaman isə artıq siyasi tələblər irəli sürəcəyik. Çünki iki il öncə imzalanan üçtərəfli bəyannamənin heç bir şərti Rusiya sülhməramlıları tərəfindən yerinə yetirilməyib. Erməni qanunsuz hərbi birləşmələrini buradan çıxarmaq əvəzinə, bu yollarla qanunsuz silah-sursat daşınır, terrorist ermənilərə paylanılır. Buradakı sülhməramlılar dişlərinə qədər silahlıdırlar, sülhməramlının əlində gözyaşardıcı balon və ya bir dənə dəyənək ola bilər. Bu nə deməkdir? Necə olur ki, 10 saatdır biz buradayıq Volkov əhalinin qarşısına çıxmır. Belə getsə, biz Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən tamamilə çıxarılmasını tələb edəcəyik və sonuna qədər gedəcəyik".
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.
Digər Xəbərlər
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32
BAKIDA BORÇALI AŞIQLARININ KONSERTİ OLACAQ
31 Avqust 2026 12:32


Bakı -°C

