HAMAM-HAMAM İÇİNDƏ, ƏCNƏBİ MƏŞQÇİLƏR OTURUR MİLLİ KOMANDANIN İÇİNƏ!
Rəsmi oyunlarda «Argentinanın formasını geyinib, Masallının «Viləş» komandası kimi oynayan» (ifadə türk jurnalisti İrfan Sapmazındı) milli komandamız qeyri-rəsmi oyunlarda italiyalıların formasını geyinib elə italiyalılar kimi oynayır və topun nə olduğunu təzə-təzə öyrənən İordaniyanı güc-bəla ilə uduruq və xoşbəxt oluruq.
De Byazi komandanı elə tərifləyir ki, elə bil «Qarabağ» klubundan danışır və ya «Sabah»dan.
Beş il Foqts milli komandanın başında dəlləklik elədi, indi də De Byazi edir. Bir beş il də belə gedəcək.
Pah atonnan, böyük bir iş olub, yoldaşlıq görüşündə İordaniyanı udmuşuq!
Nicat Novruzoğlu


Bakı -°C

