adalet.az header logo
  • Bakı -°C
13 Dekabr 2025 11:04
90
İDMAN
A- A+

"Şamaxı" "Zirə" ilə, "Sabah" "Turan Tovuz"la üz-üzə gələcək

Misli Premyer Liqasında XV tura bu gün start veriləcək.

Adalet.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.

"Şamaxı" doğma meydanda "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 17 xalla 7-ci, qonaqlar 27 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Bu oyun saat 16:30-a təyin edilib. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 24 xalla 5-ci, Bakı təmsilçisi 28 xalla ikinci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XV tur

13 dekabr

14:00. "Şamaxı" – "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Şamaxı şəhər stadionu

16:30. "Turan Tovuz" – "Sabah"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Tovuz şəhər stadionu

Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.