UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/2026-cı illər mövsümündə Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 5,55 milyon avro ayıracaq.
Adalet.az xəbər verir ki, vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək.
Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir (Azərbaycan 26-cı yerdədir - red.), digər 30 faiz isə klubun Avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir ki, bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.
Top-5-dən kənar assosiasiyalar arasında ən çox vəsaiti - 6,25 milyon avronu niderlandlılar alacaqlar. İlk beş ölkə (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 10 milyon avro alacaq.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

