adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 12:23
52
DÜNYA
A- A+

“Sözcü TV”dəki əməliyyatın səbəbi açıqlandı - YENİLƏNİB

Türkiyədə “Sözcü TV” telekanalının binasında polis tərəfindən əməliyyat keçirilir.

Adalet.az “NTV”yə istinadən xəbər verir ki, səhər saatlarında başladılan əməliyyat zamanı bəzi rəhbər şəxslər saxlanılıb. 

Bununla yanaşı, kanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin edilib. 

Hazırda binada axtarışlar davam etdirilir.

***

“NTV”nin məlumatına görə, əməliyyatın keçirilməsinə səbəb media şirkətinin sahibi Burak Akbayın FETÖ terror təşkilatı ilə maliyyə əlaqələrinin olmasına dair şübhələrdir. 

Saxlanılanlar arasında şirkətin direktorlar şurasının sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktor Asim Akgül də var.