Hacı Şahin: “İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu”
“İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu”.
Adalet.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
“Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik”, - deyə ilahiyyatçı vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terrorçu “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.(report)
Digər Xəbərlər
26 Dekabr 2025 18:42
Kibercinayətkarlar məsuliyyətə cəlb edildi - Üç qurum birgə MƏLUMAT YAYDI
26 Dekabr 2025 17:51
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabah günün ikinci yarısından...
26 Dekabr 2025 17:20
Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini geri qaytardı
26 Dekabr 2025 16:41
Bakı metrosunda bayram günlərində iş saatı uzadılacaq
26 Dekabr 2025 16:16
"Rus Evi"nin ləğvi başa çatıb
26 Dekabr 2025 14:10
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB
26 Dekabr 2025 13:01
"Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalanlar olacaq" - Deputat
26 Dekabr 2025 12:53


Bakı -°C

