adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyun 2018 15:06
18042
KRİMİNAL

Gürcüstanda “Lotu Quli”nin adamlarını saxladılar

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) "oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.

Bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların "oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.(APA)