adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Aprel 2017 16:15
18052
KRİMİNAL

Gürcüstanda cinayət törətdi Azərbaycanda tutuldu

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-dan Adalet.az-a verilən məlumata görə, 14.04.2017-ci il tarixdə dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılıb.

Q.A.Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.