adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyul 2015 15:35
13470
DÜNYA

Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulub

Gürcüstan Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulub.

Adalet.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının "Krım və Sevastopol ətrafında yaranan vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tədbirlərə qoşulma haqqında” adlı qətnaməsində deyilir.
 
Qeyd edək ki, iyulun 29-da Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 6 ölkə (Monteneqro, Albaniya, İslandiya, Lixtenşteyn, Norveç və Ukrayna) qoşulub. 
 
"Namizəd ölkələr olan Monteneqro ilə Albaniya, həmçinin Avropa Azad Ticarət Assosiasiyasının üzvləri – İslandiya, Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonasının üzvləri, o cümlədən Ukrayna və Gürcüstan bu qətnaməyə qoşulur”, - deyə sənəddə bildirilir.