06 May 2025 14:59
225
İQTİSADİYYAT

Gürcüstan artıq Azərbaycanın yox, Rusiyanın qazına üstünlük verir:"Qazprom"

Bir neçə ildir ki, Rusiya və Gürcüstan mediası dövlət orqanlarına istinadən yazır ki, Gürcüstan Rusiyadan qaz idxalını artırıb. Dolayısı ilə Azərbaycandan idxalı azaldıb.


Hətta bu ilin yanvarında Gürcüstanın İqtisadiyyat Nazirliyi Rusiyadan təbii qaz alışının həcmini iki dəfə artıracağını gözlədiyini  dedi.


Adalet.az xəbər verir ki, 2009-cu ildən bəri ilk dəfə Rusiya qazının Gürcüstana idxalı Azərbaycan qazının idxalını üstələyib.

“Sakstat” Milli Statistika Xidmətinin statistika apardığı 18 il ərzində Azərbaycandan qaz alışı həmişə əsas olub. Bu ilin birinci rübündə statistika dəyişib. Məlum olub ki, ölkə Rusiyadan 100,6 milyon dollar, Azərbaycandan isə 82,4 milyon dollar dəyərində mavi yanacaq alıb.

Qeyd edək ki, Azərbaycan Gürcüstan qaz tədarükünün 80 faizdən çoxunu təmin etməklə yanaşı, qonşu ölkəyə müqaviləyə əsasən qazı güzəştli qiymətlə satır. Ona görə də Gürcüstan idxalından qənaət edilən qaz Avropaya ən azı iki dəfə baha qiymətə satıla bilər.

O ki, qaldı Rusiyaya, Qərbin sanksiyalarına görə, "Qazprom" şirkətinin idxal bazarı kəskin azalıb. Buna görə də Rusiya hasil etdiyi qazı Gürcüstana daha aşağı qiymətlə sata bilər.

 Əntiqə Rəşid