Günün lətifəsi
Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi Nəbizadəni götürüb aparır öz kəndlərinə. Deyir ki, gedək bir həftə qalaq, yeyib-içib kef edək.
Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara dən verir. Bu hər gün davam edir. Muradın anası da heç vaxt ona yaxınlaşmır, çomağın ucuyla danışır onunla.
Üç-dörd gün keçir.
Və bir gün səhər Muradın anası gəlir çomaqla Nəsimini durğuzur və deyir:
- Ay oğul, bu gördüyün dağın o tərəfi sizin kəndlərinizdi, nə qədər Murad oyanmayıb, qaç get.
Heç demə, Murad anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.
Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.