"Gözünü qırpmadan deyir ki, dördüncü evliliyimdir" - Rasim Balayev
"İndiki gənclər sosial şəbəkədə yazışıb evlənirlər. Belə şey olar? Keçmişdə cütlüklər ailə qurarkən nəsil-nəcabətini yoxlayırdılar. Ona görə də boşanmaların sayı çoxalıb. Səbəb də soruşanda eyni sözü deyirlər, xasiyyətimiz tutmadı".
Adalet.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "APA TV"yə müsahibəsində deyib. O, gənclərin boşanması barədə fikirlərini bildirib:
"O zamanki insanların istəkləri də az idi. Qız gəlin gedəndə bilirdi ki, oğlanın ata-anasına hörmətlə yanaşmalıdır. Bu gün elə deyil, indi aləm biri-birinə qarışıb. Əvvəllər məhəbbət var idi. O məhəbbət ailədəki çatışmazlıqları örtürdü. İndi bəzən hesabla ailə qururlar. Hətta müqavilə də bağlayırlar, ayrılanda 70 faizi sənin olacaq. Elələri var ki, gözünü qırpmadan 4-cü evliliyimdir deyir. Özü də 4 dəfə təmtəraqlı toy edir. Bu bizim nəslə çatmır.
Cavanlığımda statistika açıqlanmışdı ki, Azərbaycanda boşanma sayı aşağı səviyyədədir. Qocalar evində yaşlı yox idi, kimin qocası var idisə, öz evində yaşayırdı".
Digər Xəbərlər
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16
Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb -FOTOLAR
07 Sentyabr 2026 15:31
"44" bədii filminin premyerasının vaxtı məlum olub
07 Sentyabr 2026 14:02


Bakı -°C

