adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Fevral 2019 14:49
20697
MƏDƏNİYYƏT

“Gözəl və cadugər” səhnədən-səhnəyə keçir

Gəncə KuklaTeatrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə İnkişaf vəİnnovasiyalar 2-ci qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirdiyi "Uşaq teatrsənəti” adlı orta məktəblərdə öyrədici pilot layihəsi çərçivəsində "Gözəl və cadugər”adlı tamaşa nümayiş etdirilib.

Layihənin əsasməqsədi uşaqların teatr bacarığını inkişaf etdirməklə onların özlərinə inamınıartırmaq, kollektivlə işləmək, inandırmaq kimi qabiliyyətlərini aşkarlamaq, bununlabərabər onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Şagirdlərinbacarığını əks etdirən gözəl ifalar, məktəb səhnələrində aparılan işin nədərəcədə tərbiyəvi təsirə malik olduğunu bir daha əyani surətdə sübut edib.Gənc ifaçılar özlərinin də keçirtdikləri hissləri tamaşaçılarla bölüşüblər.

Dostluq,sədaqət, humanizm və qəhrəmanlıq mözularını birləşdirə səhnə işində xeyirinşərə qələbəsi öz əksini tapır.

Birhissəli uşaqtamaşasının müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Şamil Məmmədlidir.

Onu da qeydedək ki, müəllifin bu pyesi bundan öncə A. Şaiq adına Azərbaycan Dövlət KuklaTeatrı nəzdindəki "Oyuq” teatr-studiyasında səhnəyə qoyulub və hazırdastudiyanın daimi repertuarında yer alır.