GÖRƏSƏN, BU TUALETLƏRİ NƏ VAXT AÇACAQLAR?

Kimi və nəyi gözləyirlər?
Bakı-Astara yolunu çox gözəl çəkiblər, adamın ruhu dincəlir. Yolun hər iki kənarında da çox yaraşıqlı və uyğun istirahət yerləri tikiblər. Mən Avropanı gəzmişəm, eləcə də Türkiyəni, orda da yolun kənarında istirahət yerləri var, amma Bakı-Astara yolundakılara çatmaz.
Yəni yorulan adam yaydırsa açıq havada, qışdırsa örtülü məkanda çay da içə bilər, özünün yeməyini də yeyə bilər, çox rahatdı. İstəsə tualetdən də istifadə edə bilər. Çox təəssüf ki, aradan üç il keçməsinə baxmayaraq, istirahət yerlərinə girib-çıxan yol lentlə bağlıdır, istirahət yerləri, tualetlər də bağlıdır. Ona görə də tualetlik işi olan adamlar yolun kənarında kol dibi axtarmalıdır, yolun kənarı da dəmir torla tutulduğundan bu da mümkün deyil.
Dostlar, yuxarıda dediyim kimi, kimi və nəyi gözləyirsiniz? Açın, heç olmasa bir-iki nəfər də işlə təmin olunar.