Gömrükdə müsadirə edilən mallar dövlət mülkiyyətinə veriləcək

Nazirlər Kabineti "Gömrük işi sahəsində cinayət işləri və digərhüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilən,habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinindövlət mülkiyyətinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbuledib.
Nazirlər Kabinetindənverilən məlumata görə, qaydalar müsadirə edilən, şəxsin dövlətin xeyrinə imtinaetdiyi xarici və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilənmallara və nəqliyyat vasitələrinə şamil edilir.
Müsadirə edilən və yaşəxsin dövlətin xeyrinə imtina etdiyi mallar müvafiq olaraq, gömrük işi sahəsindəcinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin və ya mallardan dövlətxeyrinə imtina edilməsi üçün icazənin verilməsinə dair gömrük orqanının qərarıqüvvəyə mindiyi gündən dövlət mülkiyyətinə keçirilmiş hesab edilir.
Qaydalara görə,müsadirə edilən, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar AzərbaycanRespublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyi tərəfindənqəbul ediləcək.
Dövlət mülkiyyətinəkeçirilən mallar açıq gömrük hərraclarında satılır. Dövlət mülkiyyətinə keçirilənvə gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi isəNazirlər Kabinetinin "Dövlət mülkiyyətinə keçirilən və gömrük hərraclarındasatılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülkidövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddətikeçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları” ilə tənzimlənəcək.